Alman qolfçu Bernhard Langer peşəkar karyerasına 1972-ci ildə başlayıb və bu müddət ərzində o iki dəfə - 1985 və 1993-cü illərdə The Masters turnirinin qalibi olub. 2011-ci ilə qədər Langer dünya üzrə qolfçuların reytinqinə başçılıq edən yeganə alman olub. Bernhardın idman karyerasının 40-cı ildönümü münasibə ilə, alman istehsalçısı eksklüziv avtomobil hazırlamağa qərar verib. Mercedes-Benz şirkəti Gelendwagen modelinin idmançı kimi, onilliklər ərzində öz seqmentinin lideri olduğunu qeyd edir.
Unikal avtomobil, 9-pilləli “avtomat”, üç differensial kilidi olan tam ötürmə sistemi, 416 at qüvvəli 4,0-litrlik V8 benzin mühərriki ilə təchiz edilmiş Mercedes-Benz G 550 modelinin amerikan versiyasının əsasında yaradılıb.
Art-avtomobildə texniki dəyişikliklər baş verməyib. Bununla belə, ofrouder xüsusi kuzov dekoru ilə seçilir. Layihənin müəllifi kaliforniyalı dizayner və rəssam Lea Abukayandır. Rəssam qolfçunun idman karyerasının əsas mərhələlərini özünəməxsus üslubunda təsvir edib.
Avtomobilin kuzovunda parlaq təsvirlər, Bernhard Langerin şəkili və #strongerthantime həştəqi peyda olub - “Zamandan daha güclü” şüarı isə, 40 ildən artıqdır ki, konveyerdə olan Mercedes-Benz G-Class modelinin firma şüarıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.