Mercedes-Benz şirkəti Urban eTrack adlı elektrik yük avtomobilini təqdim etmişdir. Maksimal icazə verilən çəkisi (yük avtomobili+yük) 26 ton olan yük avtomobili dolu batareyalarla 200 kilometr məsafə qət etmək iqtidarındadır. Yeni avtomobil istehsalçı tərəfindən Ştutqart şəhərində təqdim edilmişdir.
Üç oxa malik olan yük avtomobili arxa oxxda təkərlərə maksimal şəkildə yaxın yerləşdirilmiş iki elektromotorla hərəkətə gəlir. Mühərriklərin ümumi gücü 340 at qüvvəsinə, fırlanma anı isə 11000 Nm-ə bərabərdir. Güc aqreqatları elektrik enerjisini tutumu 212 kilovat/saat olan litium-ion batareyalar dəstindən alırlar. Gücü 100 kilovat olan yeyin qidalanma stansiyasından istifadə etdikdə yük avtomobilinin batareyalarını iki-üç saat ərzində doldurmaq mümkündür. İstehsalçının iddiasına görə, elektrik yük avtomobilinin yürüş məsafəsi ehtuyatını dizel analoqu ilə müqayisə etmək olar.
Elektriklə hərəkətə gələn yük avtomobilinin istehsalına 2020-ci ildə başlana bilər.