Mercedes-Benz şirkəti seriya elektromobillərini günəş batareyaları ilə təchiz etməyi planlaşdırır. Autoblog nəşrinin bildirdiyinə görə, qeyri-adi opsiya alman markasının konfiquratorunda 2024-cü ildə peyda olacaqdır. Həmin zaman elektrokar alıcıları ənənəvi panoram dam ilə və günəş batareyalarından ibarət olan şəffaf dam arasında seçə biləcəkdirlər.Günəşli havada bu batareyalar avtomobilin yürüş ehtiyatını artırmağa kömək edəcəklər.

Günəş batareyalarının seriya elektrokarlarında quraşdırılacağı barədə məlumatı Mercedes-Benz şirkətinin texniki direktoru Vision EQXX modelinin təqdimatı zamanı səsləndirib. Mütəxəssis Mercedes-Benz şirkətinin Fraunhofer institutu ilə birlikdə “günəş batareyaları olan çox effektiv damı” hazırladığını bildirib.

Xatırladaq ki, Vision EQXX konseptinin başlıca elementlərindən biri 117 özəkdən ibarət olan “günəşli” damı idi. Cərəyan litium-dəmir-fosfat batareyalarında toplanılır və mühəndislərin fikrincə, ondan salonun qızıdırılması və soyudulması, habelə bort elektronikasının qidanladırılması üçün istifadə edilə bilər. Vision EQXX modelində günəş panellərindən ibarət olan dam 25 kilometr əlavə yürüş ehtiyatı verir. Lakin seriya elektrokarlarında belə göstəricini əldə etmək o qədər asan olmayacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.