İkinci nəsil Mercedes-Benz GLA krossoverinin təqimatı bir il bundan əvvəl baş tutub. Bu gün isə, onun EQA indeksli tamamilə elektrik modifikasiyası debüt edib. Hər iki avtomobil MFA platformasına əsaslanır və hətta onları kuzovu da eynidir, lakin fərqlər də çoxdur. Məsələn, ön tərəf dizaynı tamamilə dəyişdirilib: elektromobil orijinal fənərlərə və radiator barmaqlığını əvəzləyən bağlı panelə sahibdir. Arxa fənərlər işıqlandırılan zolaqla birləşdirilib və əlavə olaraq, nömrə meydançası beşinci qapıdan bamperə köçürülüb.
Bütün bunlar, xüsusi aerodinamik təkər diskləri ilə birləşdirildikdə, aerodinamik müqavimət əmsalını 0,29-dan 0,28-ə endirib. Elektrik kirossoverinin oxlar arasındakı məsafənin ( 2729 millimetr) GLA modeli ilə eyni olmasına baxmayaraq, uzunluğu 53 millimetr artaraq 4463 millimetrə bərabər olub. Üstəlik, EQA krossoveri orijinal modeldən 9 millimetr (1620 millimetr) daha yüksəkdir. Hər iki modelin eni eynidir: 1834 millimetr.
Eksteryerə nisbətən salondakı fərqlər daha azdır. Daxildəki fərqlər EQA modeli üçün hazırlanmış xüsusi interfeysi olan virtual cihazlar paneli və MBUX media sistemindən ibarətdir.
İlk zamanlarda, sifariş üçün yalnız bir modifikasiya mövcud olacaqdır – 190 at qüvvəsi və 375 Nm fırlanma anı hasil edən elektrik mühərriki və 66,5 kilovat-saatlıq dartma batareyası ilə təchiz edilən ön ötürməli Mercedes-Benz EQA 250 krossoveri. EQA 250 modeli 100 km/saat həddinə 8.9 saniyəyə sürətlənir və 160 km/saatlıq maksimal sürət həddinə malikdir.
Elektrokorssover dolu batareya ilə WLTP dövrünə əsasən 426 kilometr məsafə qət edə bilər. Bir müddət sonra, krossoverin iki elektrik mühərriki ilə təchiz edilən daha güclü tam ötürməli modifikasiyası satışa çıxarılacaqdır. 272 at qüvvəli güc qurğusuna sahib olan krossover və 500 kilometrdən çox məsafə qət edəcəkdir.
Yeddi hava yastığı (sürücü üçün diz hava yastığı daxil olmaqla), avtomatik əyləcləmə və zolaqda saxlama funksiyaları ,adaptiv ön LED fənərlər, elektrik ötürməsinə malik olan beşinci qapı, 64 rəngli daxili işıqlandırma, 18-düymlük təkər diskləri, naviqasiya sistemi olan MBUX media sistemi və arxadan görüntü kamerası elektrokarın standart təchizatına daxildir..
Eksteryerin standart tərtibatı ilə yanaşı, Electric Art və AMG Line versiyaları da təklif edilir. Bundan əlavə, Night Package dəsti və satışların başlanmasına həsr olunmuş xüsusi Edition 1 seriyası təklif ediləcəkdir – belə avtomobillər 20-düymlük təkər diskləri ilə təchiz olunmalıdır. Avropada yeni Mercedes-Benz EQA, 4 fevral tarixində satışa çıxarılacaqdır. Almaniyada modelin qiyməti 47.540 avrodan başlayacaqdır. Elektromobillər, Almaniyanın Raştatt şəhərindəki, A-Class, B-Class və GLA-Class modellərinin istehsal edildiyi zavodda buraxılır.