Bir müddət bundan öncə, Mercedes-Benz markasının EQA adlı elektrik krossoveri barədə məlumat vermişdik. Bu dəfə isə, bu krossoverdən bir qədər böyük olan EQB modeli barədə məlumat peyda olub.
İlkin məlumata görə, Mercedes-Benz EQB modelinin satışlarına 2021-ci ildə başlanacaqdır. "Auto Express" nəşrinin bildirdiyinə görə, EQB modelinin dizaynı onun benzinlə işləyən qardaşı olan GLB krossoverindən bir qədər fərqlənəcəkdir, çünki ətrafdakılar qarşılarında elektrik ötürməsi ilə hərəkətə gələn modelin olduğu bilməlidirlər.
Mercedes-Benz EQB modeli MFA2 model platformasında inşa ediləcək və onun top versiyası iki elektrik mühərrikinə malik olacaqdır. Mühərriklərin ümumi hasilatı 270 at qüvvəsi və 500 Nm fırlanma anı, krossoverin yürüyüş məsafəsi isə 480 kilometr olacaqdır.