Mercedes-Benz şirkəti Avropada EQC elektrik krossoverinin satışlarına başlayıb. Hələlik elektrokar yeganə modifikasiyada 71281 avrodan başlayan qiymətlər ilə satılır. Avtomobilin qiymətinin vergilər nəzərə alınmadan 60 min avronu keçmədiyinə görə, almaniyalı alıcılar hökumət subsidiyasını ala bilərlər.
Mercedes-Benz EQC modelinin istehsalı alman istehsalçısının Bremendəki zavodunda yerləşdirilib. Burada, həmçinin C-Class sedan və universallarını, GLC və GLC Coupe krossoverlərini də istehsal edirlər.EQC modeli iki elektrik mühərriki ilə hərəkətə gəlir. Onlardan biri ön öxda, ikincisi isə arxa oxda yerləşdirilib. Mühərriklərin ümumi gücü 300 kVt (408 at qüvvəsi), fırlanma anı isə 765 Nm təşkil edir. Elektromotorlar 80 kilovat-saatlıq litium-ion batareyalarından qidalanır. EQC dolu batareya ilə 471 kilometr (NEDC) qət edir. Sürətli terminaldan batareyanın doldurulmasına 40 dəqiqə vaxt tələb olunur.
Bundan başqa, krossover səslə idarəetmə funksiyası və iki 10,25-düymlük displeyləri olan MBUX multimedia sisteminə, elektron cihazlar panelinə, klimat-kontrolun uzaqdan idarə edilməsi funksiyasına malikdir. Elektrokar üçün elektron yardımçılar dəstini və AMG Line tərtibat dəstlərini sifariş etmək olar.
Almaniyada yeni elektrokarın alıcılarına genişləndirilmiş zəmanət və bir neçə servis paketləri də təklif edilir. Elektrokarın plan üzrə xidməti onun pulsuz təxliyyəsini və sahibinə geri çatdırılmasını da nəzərdə tutur. Bundan başqa, EQC sahibləri Mercedes me Charge və IONITY elektrik yükləmə stansiyaları şəbəkəsinə girişi əldə edəcəklər.