Mercedes-Benz şirkəti EQE elektrik sedanının debüt tarixini açıqlayıb. Son zamanlar prototipləri casuslar tərəfindən çəkilmiş elektrokarın seriya variantı bu ilin sentyabr ayında debüt edəcəkdir. Bu barədə Daimler konserninin rəhbəri Ola Kallenius Automotive NewsEurope nəşrinə verdiyi müsahibədə bildirib.
Yeni elektrokarın təqdimat məkanı də bəlli olub - Frankfurt avtosalonunu əvəzləmiş Münhendə keçiriləcək yeni avtomobil sərgisi.
Xatrılatmaq istərdik ki, Mercedes-Benz EQRE modeli E-Class modelinə alternativ olacaq elektrik sedanıdır. Flaqman EQS modeli kimi, bu elektrokar da EVA (Electric Vehicle Architecture) modul platformasında inşa ediləcəkdir. Yeni elektrokarı əvvəl planlaşdırıldığı kimi Bremendə deyil, Zindelfingendəki zavodda istehsal edəcəklər. Daha sonra, EQE modelinin buraxılışını Pekində də həyata keçirəcəkdirlər. Lakin bu, 2022-ci ildən tez olmayacaqdır.
Konsern rəhbərinin bildirdiyinə görə, EQE sedanı Tesla Model S və Porsche Taycan elektrokarlarının birbaşa rəqibi olacaqdır. EQS modelinə gəlincə isə, Kallenius onun öz seqmentində çıxış etdiyini və rəqibi olmadığınıl bildrib. Top menecer belə dəbdəbəli və geniş salona malik olan elektrik sedanının heç bir istehsalçı tətfindən təklif edilmədiyi söyləyib.
EQE modeli barədə texniki məlumat verilməyir, lakin istehsalçı tərəfindən qeydə alınmış əmtəə nişanlarını əsas götürsək, elektromobilin 43, 53 və 63 indeksli bir necə “bərkgedən” AMG versiyası olacaqdır. Bundan başqa, EQE modelinin bütöv bir ailənin əsasını təşkil edəcəkdir - sedana əlavə olaraq EQE SUV krossoveri də buraxılacaqdır.
Mercedes-Benz EQE modeli 2021-ci ildə debüt edəcək dördüncü və çox güman ki, sonuncu elektrokar olacaqdır. Bu il artıq EQA krossoveri debüt edib, EQS ilə EQE modellərinin təqdimatı arasında isə EQB krossoverinin təqdimatı gözlənilir. Bu krossoveri EQA modelinin buraxıldığı Raşttatdakı zavodda deyil, Macarıstanda istehsal edəcəklər. Qeyd etmək gərəkdir ki, hər iki müəssisə yığcam “Mercedes”lərin istehsalı üzrə ixtisaslaşıb.