Mercedes-Benz şirkəti Parisdə işinə başlamış avtosalonda EQE SUV krossoverini nümayiş etdirib. Yeni model flaqman EQS SUV modelinin bir qədər kiçildilmiş versiyasıdır: hər iki krossover MEA platforması əsaslanırlar, oxşar nisbətlərə malikdirlər və onların interyer tamamilə eynidir (ölçülər nəzərə alınmaqla).

Satışların başlanğıcında arxa və ya tam ötürməli beş modifikasiya mövcud olacaqdır. Ən "uzunmənzilli" EQE modeli dolu batareya ilə 590 kilometr (WLTP) məsafə qet edəcəkdir. Satışların başlaması 2023-cü ilin yazına planlaşdırılıb.

Yeni EQE SUV və EQS SUV modelləri arasındakı zahiri oxşarlıq diqqəti çəkir, lakin “kiçik” krossover ənənəvi ön qanadlara və kapota malikdir. Eyni platformalı modellərdə isə kapot praktiki olaraq təkər tağlarına qədər uzanır. Arxa tərəfdən EQE modelini tanımağın ən asan yolu bamperdəki xrom zolağın olmamasıdır.

Mercedes-Benz EQE SUV modelinin uzunluğu 4863 millimetr, eni - 1940 millimetr, hündürlüyü isə 1686 millimetrdir. Beləliklə o, flaqman EQS SUV modelindən 26 santimetr, adi EQE sedanından isə 13 santimetr qısadır. Eyniadlı modellərin təkər bazası fərqlidir: EQE SUV modelinin oxları arasındakı məsafə 3030 millimetrdir ki, bu da EQE sedanında olduğundan doqquz santimetr qısadır.

Mercedes-Benz EQE SUV modelinin salonu yalnız beşnəfərlik ola bilər və bu onun üçsıralı EQS SUV modelindən əsas fərqidir. Bütün Mercedes-Benz elektromobillərinin ön paneli demək olar ki, eynidir: bahalı modellərin təchizatına 56-düymlük ekrana malik MBUX Hyperscreen məlumat-əyləncə sistemi, səs köməkçisi və quraşdırılmış naviqasiya daxildir.

Baza versiyası sayılan Mercedes-Benz EQE 350+ krossoveri arxa ötürməyə, 292 at qüvvəsi və 417 Nm hasil edən elektrik mühərrikinə və 590 kilometrlik (WLTP) yürüş məsafəsinə malikdir. İkimühərrikli güc qurğusuna (292 at qüvvəsi, 765 Nm) malik olan tamötürməli EQE 350 4Matic versiyasının yürüş ehtiyatı 558 kilometrdir.

Seriyanın ən yüksək pilləsində 408 at qüvvəsi və 858 Nm fırlanma anı hasil edən güc qurğusuna və 547 kilometrlik yürüş məsafəsinə malik olan EQE 500 4Matic SUV versiyası qərarlaşıb.

Elektrik mühərriklərinin sayı və gücü artdıqca yürüş ehtiyatı azalır, çünki bütün krossoverlərdə 90,6 kilovat-saat tutumlu eyni batareya quraşdırılıb. AMG bölməsinin hazırladığı daha iki versiyası var, lakin onlar haqqında ayrıca danışacağıq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsiyalar siyahısı təsiredicidir: işıq ismarıcları “çəkən” matrisa fənərləri, adaptiv pnevmatik asqı, tam idarə olunan şassi, 22-düymlük təkər diskləri, çoxkonturlu oturacaqlar, AMG Line paketi və panoram dam mövcuddur.

Mercedes-Benz EQE krossoverləri alman istehsalçısının Amerika Birləşmiş Ştatlarının Alabama statındakı zavodunda yığılacaqlar. Qiymətlər və təchizat səviyyələri barədə ətraflı məlumat dekabr ayında açıqlanacaqdır. Yeni elektrik krossoverlərinin rəsmi dilerlər çatdırılmalarına 2023-cü ilin yazında  başlanacaqdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.