Bu günlərdə Mercedes-Benz şirkəti EQ xəttinin bayraqdar krossoveri olan EQS SUV modelinin kütləvi istehsalına başladığını bildirib. Yeni elektrik krossoverləri Alabama ştatındakı Tuskaluzadakı zavodda yığılırlar. Bu zavodda həmçinin yanacaqlı GLE və GLS krossoverləri də istehsal edilirlər. Ən maraqlısı odur ki, EQS liftbəki Zindelfingendə və Taylanddakı Txonburi zavodunda buraxılır.
Mercedes-Benz EQS SUV krossoveri bu ilin aprel ayında debüt edib. EQS SUV alman markasının EVA modul platformasına əsaslanan üçüncü modelidir. Üstəlik, bayraqdar krossoveri daha universal form-faktora malikdir - şirkətdən bildirildiyi kimi, 2 + 3 və ya 2 + 3 + 2 oturma düsturuna malik olan geniş krossover həm meqapolislərin sakinləri, həm də təbiətdə aktiv istirahəti sevənlər üçün uyğun olacaqdır.
Ölçü baxımından EQS krossoveri eyniadlı liftbekdən doqquz santimetr qısa, üç santimetr enli və iyirmi santimetr hündürdür. Oturacaqların sayından asılı olaraq baqaj bölməsinin həcmi 645-2100 litr və ya 610-1770 litr arasında dəyişir.
Dizayn və texniki hissə baxımından EQS SUV krossoveri EQS liftbəki ilə unifikasiya edilib. Məsələn, krossoverdə üç şüalı ulduz naxışlı radiator barmaqlığının yerində eyni Bıack Panel bağlı paneli var və elektrik güc qurğularının çeşidi də artıq tanışdır. Krossover Airmatic pnevmatik asqısını, eləcə də tam idarəolunan şassini (arxa təkərlər 4,5 və ya 10 dərəcə dönür) əldə edib.
EQS SUV modeli üç modifikasiyada təklif edilir. Əlçatan EQS 450+ modeli 360 at qüvvəli bir elektrik mühərrikinə və arxa ötürməyə malikdir. Belə krossover tam dolu batareya ilə 660 kilometr məsafə qət edir ki, bu onu çeşiddəki ən uzunməzilli modifikasiyaya çevirir.

Digər avadanlıqlar arasında panoram dam, dörd və ya beş zonalı klimat-kontrol, proyeksiya displeyi, habelə Drive Pilot yarımavtonom idarəetmə kompleksi də daxil olmaqla köməkçi sistemlər paketi var.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.