Bu konsepti ortamühərrikli Mercedes-Benz C111 modelinin müasir təfsiri adlandırmaq olar və xələfi kimi o da seriyaya getməyəcək. Vision One-Eleven yeni nəsil batareyalar və maqnit axınlı iki YASA mühərriki ilə təchiz edilir. Onlar adilərindən daha yığcam və yüngüldürlər. Bu tandem quruluşa və ümumiyyətlə, bütün üsluba daha yaradıcı yanaşmağa imkan verir.
Keçən əsrin 60-70-ci illərində Mercedes-Benz bir neçə C111 superkarını yığııb. Onlar qeyri-adi rotor-porşenli mühərrikləri, turbodizelləri və polimerdən kuzovları olan təcrübə avtomobilləri idi.
Mercedes-Benz C111 modellərinin avanqard görünüşü indi də hər kəsi heyran edir və alman istehsalçısı modelə müasir görünüş verməyə çalışıb. Mercedes-Benz Vision One-Eleven konsepti 70-ci illərin ideyalarının yeni təfsiridir: qağayı qanadlı qapılar, alçaq burun və hətta kuzovun mis-narıncı rəngi də var.
Düzdür, barmaqlığın əvəzinə piksel ekranı (ikincisi arxada quraşdırılıb) yerləşir, avtomobilin rəngi isə işıqlandırmadan asılı olaraq dəyişir.
Vision One-Eleven konseptinin görünüşü One-Bow korporativ dizayn üslubu ilə diktə olunur (hərfi mənada "bir qövs"). Bunu EQ ailəsinin seriya elektromobillərində və Vision AVTR şou avtomobilində də görmək olar.
Ekspressivliyi, "dəstək"-diffuzoru olan nazik arxa hissə və təkər tağlara mükəmməl uyğunlaşan diskləri əlavə edirlər. Sonuncuların dizaynı elektrik mühərrikinin statorunun mis sarğısına bənzəyir.
Prototipin interyeri qonaq otağı ruhunda tərtib edilib – bu, seqmentin dayaqlarının sındırılmasına və avtonom superkarların meydana çıxmasına işarədir. Salondakı mühit seçilmiş idarəetmə rejimindən asılı olaraq dəyişir. Dekorasiya üçün materialların cəsarətli birləşmələrindən - sintetik ağ parça, narıncı dəri və cilalanmış alüminiumdan - istifadə olunur.
Vision One-Eleven-dəki oturacaqların yastıqları sıx şəkildə döşəməyə birləşirlər və bu, formula "çalovları" effektini yaradır. Amma əslində onların kürək hissəsi geniş tənzimləmələrə malikdir və oturacaqlar rahatlıq baxımından S-Class sedanındakılardan heç də geri qalmırlar.
Səkkiz bitlik qrafikaya malik olan genişformatlı ekran keçmişə, tamamlanmış reallıqdan istifadə isə gələcəyə hörmətin əlamətidir. Magic Leap 2 eynəklərinin köməyi ilə konseptin daxili və xaricindəki məkanı istifadəçi interfeysinə çevirmək olar.
Texnologiya real dünyaya rəqəmsal elementləri (məsələn, kontekstli ipuçları) əlavə etməyə, həmçinin lazımsız hər şeyləri - dam dirəklərini, kapotu və hətta döşəməni “silməyə” imkan verir.
Vision One-Eleven prototipinin güc qurğusu, əlbəttə ki, elektriklidir. Batareyada prinsipcə yeni kimyəvi tərkibdən və maye ilə soyudulmuş silindrik hüceyrələrdən istifadə edilir. Superkar oxvari maqnit axınına malik olan iki YASA firmasının (Mercedes-Benz 2021-ci ildən bu şirkətin sahibidir) elektrik mühərriki ilə hərəkətə gəlir.
Belə konstruksiya çox güclü və eyni zamanda yığcam qurğuları yaratmağa imkan verir. Vision One-Eleven modelinin mühərrikinin çəkisi eyni gücə malik olan adi elektrik mühərrikinin çəkisinin cəmi üçdə birini təşkil edir və bu, dizaynerlər və mühəndislər üçün yeni imkanlar açır.
Oxvari maqnit axını olan mühərriklər artıq McLaren Artura modelində tətbiq edilirlər, gələcəkdə isə onlar performance xəttindən olanMercedes-Benz seriya elektromobillərində quraşdırlacaqlar.
Qurğular Mercedes-Benz şirkətinin Berlin-Marienfelde zavodunda istehsal ediləcəklər. Vision One-Eleven seriyaya getməyəcək, lakin bu prototipdə tətbiq olunmuş bəzi həllərdən gələcək modellərdə istifadə edəcəklər. Beləliklə, konsept xələfi olan orijinal C111 modelinin taleyini təkrarlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.