Azərbaycanda varlı gənclər arasında çox populyar olan Mercedes-Benz G-Class ofroderinin 300 mininci nüsxəsi Magna Steyr şirkətinin Avstriyadakı zavodundan çıxmışdır.
40 ilə yaxındır ki, konveyer həyatı sürən ofroderin 300 mininci nüsxəsi mavi rəngə boyanmış kuzova və damında baqaj quraşdırlımış Mercedes-Benz G500 modeli olmuşdur. Avtomobil qara və ağ dəri ilə işlənmiş salona və 16-düymlük qara rəngli təkər dsiklərinə sahib olub. Bu avtomobil müştəri tərəfindən deyil, Facebook sosial şəbəkəsindəki istifadəçilərin seçiminə əsasən hazırlanmışdır. Ofroder konveyerdən birbaşa xüsusi ekspedisiyaya yollanacaqdır ki, bu səyahətin gedişatını #Gventure300k həşteqi vasitəsilə izləmək mümkündür.
Mercedes-Benz G500 modeli 422 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir. Güc aqreqatı yeddi pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.