Böyük Britaniyanın “Autocar” nəşri Mercedes-Benz şirkətinin g-Class adlandırdığı yığcam krossover haqqında təfərrüatları öyrənə bilib. Gözlənildiyi kimi, Mercedes-Benz yeniliyinin əfsanəvi çərçivəli ofrouderi ilə “qohumluğu” yalnız dizaynla məhdudlaşmalıdır. Gələcək g-Class krossoverinin ən yaxın texniki bənzəri üçüncü nəsil CLA sedanıdır.
Mercedes-Benz şirkətinin texniki direktoru Markus Şefer “Autocar” nəşrinə verdiyi müsahibəsində, g-Class krossoverinin “sırf” elektromobil olacağını və CLA sedanında debüt etmiş MMA platformasına əsaslanacağnı bildirib. Bununla belə, yeniliyin “kiçik” model ilə tam unifikasiya planlaşdırılmır: g-Class üçün mühərrik modulları daha böyük Mercedes-Benz modelləridən götürüləcək.
Brendin baş dizayneri Qordon Vagener Mercedes-Benz g-Class modelinin dizaynının çərçivəli orijinal ofrouderə çox bənzəyəcəyini gizlətmir. Bununla belə, MMA platformasının istifadəsi alman istehsalçısının daşıyıcı kuzova üstünlük verdiyini bildirir. Bununla belə, krossoverin ofroud imkanları yaxşı səviyyədə olmalıdır - yəni, g-Class asfaltdan kənarda da özünü inamlı hiss etməlidir.
Birbaşa deyilməsə də, görünən odur ki, “bala Gelik” üçün sürətli doldurma funksiyası olan 800 voltluq elektrik sistemi hazırlanır, alıcılar isə tutumu 85 kilovat-saata qədər olan litium-dəmir-fosfat (LFP) və litium-nikel-manqan-kobalt-oksid (NMC) batareyaları arasında seçim edə biləcəklər.
İnsayderlər Mercedes-Benz g-Class modelinin təqdimatının 2026-cı ildə keçiriləcəyini iddia edirlər. Yeni məhsul G-Class ailəsində klassik yanacaqlı ofrouder və EQG elektromobilindən sonra üçüncü model olacaq. Növbəti iki ay ərzində “böyük” G-Class planlaşdırılmış restaylinqdən keçəcək və 4,0-litrlik V8 benzin mühərrikini itirəcək. Onu sıralı altısilindrli mühərrik əvəzləyəcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.