Mercedes-Benz şirkəti G-Class kabrioletindən hələ əvvəlki nəsildə imtina edib. 2018-ci ildə təqdim edilən və ötən yaz yenilənən hazırkı modelin heç vaxt belə bir versiyası olmayıb. Amma alman istehsalçısı bu çatışmazlığı aradan qaldırmaq niyyətindədir: Mercedes-Benz kamuflyaj örtüyünə bürünmüş kabrioletin sınaq prototipinin şəkillərini yayımlayıb.
Əvvəllər açıq kuzovlu G-Class ofrouderi üçqapılı versiyanın əsasında hazılanırdı, lakin həmin nəslin karyerasının sonunda şirkət dəbdəbəli, uzadılmış Mercedes-Maybach G 650 Landaulet kabrioletini təqdim etmişdi. Bu dəfə də əsas olaraq standart beş qapılı versiya götürüləcək.
Hazırda yeni model Avstriyada sınaqdan keçirilir, daha sonra prototiplər soyuq hava şəraitində sınaq üçün İsveçə göndəriləcək.. Xatırladaq ki, adi G-Class ofrouderi Avstriyanın Magna Steyr şirkətinin zavodunda yığır. Almanlar hələlik texniki təfərrüatları açıqlamayıblar, lakin çox güman ki, kabriolet mühərrik çeşidini orijinal modellə paylaşılacaq.
Bu halda, 449 at qüvvəsi və 559 Nm fırlanma anı hasil edən 3,0-litrlik “turboaltılıq” , eləcə də 585 at qüvvəsi və 849 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərrikdən söhbət gedə bilər. Mercedes-Benz nümayəndələri G-Class kabrioletini "xüsusi buraxılış" adlandırırlar. Odur ki, yeniliyin tirajının məhdud, qiymətinin isə, kifayət qədər böyük olacağını gözləmək olar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









