Mercedes-Benz uzun müddətdir ki, G-Class pərəstişkarlarını məşhur ofrouderin elektrik versiyasının buraxacağı ilə hədələyir. Elektrik versiyasının carçısı olan konsept avtomobili üç il bundan əvvəl nümayiş etdirilib. Mühafizəkar ictimaiyyəti belə bir transformasiyaya daha yaxşı hazırlamaq üçün almanlar maraqlı PR kampaniyasına da start veriblər.

Məzəli qısametrajlı videoçarxlarda klassik G-Class ofrouderi yeni elektrik modelini “imtahandan” keçirir. Ofrouderin fanatlarını şirnikləndirmək üçün isə, şirkət hətta təklif olunan EQG indeksindən imtina edib. Hal-hazırda təqdim olunan seriya elektromobili Mercedes-Benz G 580 with EQ Technology adlanır.

Elektrokar zahiri cəhətdən bu yaxınlarda yenilənmiş yanacaqlı versiyalarından yalnız radiator barmaqlığının yerinə quraşdırılmış qara panel ilə fərqlənir. Panel tam bağlı deyil və onun üzərində bir neçə kəsik var, üstəlik, LED haşiyə də peyda olub.

Arxa tərəfdə ehtiyat təkərinin əvəzinə, içərisində şarj kabeli, təkərlər üçün zəncirlər və digər avadanlıqlar yerləşdirilmiş çəkisi 10 kiloqramdan çox olmayan əlavə bir "bel çantası" quraşdırılıb. 

Aerodinamikanı yaxşılaşdırmaq üçün, kapot bir qədər qaldırılıb, dəyişdirilmiş arxa spoyler və arxa təkər tağlarında əlavə altlıqlar peyda olublar. Nəticədə aerodinamik müqavimət əmsalı Cd 0,48-dən 0,44-ə qədər azaldılıb.

Elektrikli ofrouder hər biri 147 at qüvvəsi hasil edən dörd elektrik mühərriki (hər təkərdə bir) ilə hərəkətə gəlir. Hər bir elektrik mühərriki fərdi ikipilləli reduktora (onlar ənənəvi “azaldıcı ötürməyə” cavabdehdirlər) malikdir. 

Sistemin ümumi hasilatı 588 at qüvvəsi və 1164 Nm təşkil edir ki, bu da Mercedes-AMG G 63 modelinin kapotunun altında duran 4,0-litrlik V8 biturbo mühərrikinin hasilatında (585 at qüvvəsi, 850 Nm) daha çoxdur. Bununla belə, AMG versiyası 100 km/saata sürətlənmədə daha yeyindir: elektromobildəki 4,7 saniyəyə qarşı 4,3 saniyə. Maksimal sürət 180 km/saat həddində məhdudlaşdırılıb.

Problem ondadır ki, batareyalı G-Class ofrouderinin boş çəkisi dəhşətli 3085 kiloqrama çatır ki, bu da benzin mühərrikli G 500 modeli ilə müqayisədə 600 kiloqram çoxdur! Artımı əsasən 116 kilovat/saatlıq sanballı tutumu olan dartma batareyasının “ayağına” yazmaq olar.

Ttam dolu batareya 470 kilometrlik yürüş ehtiyatını təmin edir (WLTP),  onu doldurmaq üçün isə, 11 kilovatlıq dəyişən cərəyanlı (DC) və ya 200 kilovatlıq sabit cərəyanlı (SC) terminallarından istifadə etmək olar.

Verilmiş vədlərə tam uyğun olaraq, Mercedes-Benz G 580 with EQ Technology klassik ofrouderə məxsus olan əla ofroud potensialını qoruyub saxlayıb. Çərçivəli ofrouder əvvəlki kimi ikiqollu ön müstəqil asqıya malikdir, lakin bütöv arxa körpünü yırğalanan yarımoxları olan De-Dion tipli asqı (elektrik mühərrikləri çərçivədə yerləşir) əvəzləyib.

Bütün asqılarda yaylar quraşdırılıb. Ofrouderin klirensi 250 millimetr, giriş bucağı - 32 dərəcə, eniş bucağı isə, 30,7 dərəcədir. Qət edilən çay keçidinin dərinliyi 850 millimetrdir ki, bu da benzin analoqlarının göstəricisindən daha çoxdur.

Dörd elektrik mühərrikinin mövcudluğu sayəsində elektrikli G-Class diferensiallardan məhrum edilib, baxmayaraq ki, onların kilidlənməsinin təqlidi qorunub saxlanılıb: bu halda elektronika sadəcə olaraq mühərriklərin işini lazımi qaydada sinxronlaşdırır.

Üstəlik, G-Class modelinin özünəməxsus xüsusiyyəti olan və ön panelin mərkəzində yerləşən kilidlərin aktivləşdirmə düymələri indi fərqli funksiya daşıyırlar. Onlar “azaldıcı cərgənin”, G-Turn (yerində tank dönməsi) və G-Steering (təkərlərdən birini kilidləməklə dönmə radiusunun azaldılması) funksiyalarının aktivləşdirilməsinə cavabdehdirlər.

Elektrik ofrouderin İnteryeri də yanacaq versiyalarından elə də ciddi fərqlənmir. Offroad Cockpit elektron köməkçilər kompleksi "şəffaf kapot" funksiyası olan dairəvi müşahidə kameraları sistemini qoruyub saxlayıb və elektrik güc qurğusunun vəziyyəti haqqında məlumatı göstərmək üçün əlavə rejimləri əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Elektrik G-Classbütün digər versiyaların istehsal olunduğu Avstriyadakı eyni zavodda buraxılacaq. Almaniyada artıq başlanğıc qiyməti açıqlanıb: Mercedes-Benz G 580 with EQ Technology vətənində ən azı 143 min avroya başa gəlir.

“Bərkgedən” AMG G 63 ofrouderinin qiymətinin 189 min avrodan başladığını nəzərə alsaq, bu o qədər də baha deyil. Satışların başlanğıcında, çoxlu əlavə avadanlığı özündə cəmləşdirən, lakin elektromobilin qiymətini 193 min avroya yüksəldən Edition One “salamlama” versiyası təklif olunacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.