Mercedes-Benz şirkətinin Şimali Amerikan filialı G-Class modelinin Edition 550 adlı xüsusi versiyasını təqdim edib. Məhdud saylı seriya 200 nüsxəlik tirajla buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillərin seçilən cəhətləri alternativsiz ikirəngli boyanma, zavod antixrom dəsti, xüsusi emblemlər və genişləndirilmiş opsiyalar dəstidir.

Alıcılar üç kuzov rəngindən seçim edə biləcəklər: qırmızı Jupiter Red, boz Arabian Grey və ağ Moonlight White. Sonuncu Mercedes-Benz palitrasındakı yeni çalardır.

Mercedes-Benz G-Class Edition 550 modelini V8 embleminin altındakı düzbucaqlı lövhəciklər sayəsində tanımaq olar. Bu lövhəcikdə dağa dırmanan ofrouder çəkilib. Yeni ofrouderin digər markeri isə, ön sərniçinin qarşısındakı dəstəyə həkk edilmiş “1 of 200 Edition 550” yazısıdır.

Öndəki kenqurin Amerikada satılan G-Class üçün mütləq opsiyadır, parlaq qara rəngli aşağı hissəsi olan ikirəngli kuzov boyanmasını adi ofrouderlər üçün də sifariş etmək olar. Salondakı fərqlər cüzidir: rombşəkilli tikişləri olan Nappa dərisi ilə tərtibat, aktiv multikonturlu kreslolar və karbon dekor üçün əlavə ödəniş etmək gərək deyil.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Texniki cəhətdən dəyişiklik yoxdur: G-Class Edition 550 modelinin kapotunun altında 422 at qüvvəsi və 610 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 mühərriki yerləşir. Differensialların üç kilidlənməsi olan tam ötürmə sistemi Mercedes-Benz G-Class modelləri üçün mütləqdir.

Mercedes-Benz G-Class Edition 550 modelinin qiyməti açıqlanmayıb. ABŞ-da adi Mercedes-Benz G 550 modeli 131.750 dollardan başlayan qiymətlər ilə satılır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.