Mercedes-Benz şirkəti G500 4×4² ofroderini pikap kuzovu ilə buraxmaq niyyətindədir. Gələcək pikapın cəsus fotoşəkillərini Motor1 nəşri dərc etmişdir.
Alman istehsalçısının ekstremal pikap hazırladığına ofroderin artırılmış klirensi və təkər tağlarının genişləndirilməsi işarə vurur. Eyni zamanda, avtomobilin yük bölümü qutu şəkilli kamuflyaj örtüyü vasitəsi ilə gizlədilmişdir. Böük ehtimalla, pikapın seriya modeli Mercedes-Benz G500 4×4² ofroderi ilə eyni aqreqatları bölüşəcəkdir. Xatırladaq ki, istehsalatı son verilmiş Mercedes-AMG G63 6x6 modeli portal körpülərə, üç qapanan differensiala və yolsuzluq üçün təkərlərlə təchiz edilmiş 22-düymlük təkər disklərinə malik idi. Onun klirensi 450 millimetr təşkil edirdi. Ofroderin dağa çıxma və enmə bucağı müvafiq olaraq 52 və 54 dərəcə təşkil edirdi. Həmçinin, ofroder bir metr dərinliyi olan çayı keçmək imkanına malik olmuşdur.