Bu gün Mercedes-Benz şirkəti Facebook sosial şəbəkəsində maraqlı bir tizeri dərc etmişdir. Söhbət Mercedes-AMG G65 4x4² Convertible adlı modeldən gedir. Çox güman ki, alman istehsalçısı növbəti ekstremal ofroderi mart ayının əvvəlində işinə başlayacaq Cenevrə avtosalonunda təqdim edəcəkdir.
Adından da görünndüyü kimi, yeni ofroder Mercedes-AMG G63 6x6 modelinin gücünü və Mercedes-Benz G500 4x4² modelinin qısa bazasını özündə cəmləşdirəcəkdir. Ekstremal kabriolet barədə ətraflı məlumat verilməsə də, onun karbondan hazırlanmış təkər tağları, arxa qapıda quraçdırılmış ehtiyat təkəri və yük bölümünün üzərində olan üçüncü stop-siqnal ilə təchiz edildiyi dərc edilmiş tizerdən görünür. G65 indeksi isə, ofroderin 6,0-litrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz ediləcəyindən xəbər verir. Bu mühərrik, çox güman ki, 612 at qüvvəsi və 1000 Nm fırlamna anı təklif edəcəkdir.
Çox güman ki, bu günlərdə alman istehsalçısı məsələyə aydınlıq gətirəcəkdir. Xəbərlərimizi izləməyə davam edin!