Mercedes-Benz şirkəti GLB krossoverlərinin çeşidini yeni modifikasiya ilə genişləndirib. Artıq krossoverin başlanğıc modifikasiyası 136 at qüvvəsi və 200 Nm fırlanma anı hasil edən 1,3-litrlik turbomühərriklə təchiz edilmiş GLB 180 modeli olacaqdır. Avropa bazarında satılacaq modifikasiya, avtomobilin başlanğıc qiymətini satış bazarından asılı olaraq 900-1200 avro endirməyə imkan verib.
Satışların başlanğıcında Mercedes-Benz GLB krossoveri dörd modifikasiyada təklif edilirdi. O zaman, başlanğıc versiyası 163 at qüvvəli 1,3-litrlik turbomühərrik və 7G-DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilmiş Mercedes-Benz GLB 200 modifikasiyası sayılırdı.
Mercedes-Benz GLB 250 versiyası 224 at qüvvəli 2,0-litrlik benzin, GLB 220d və GLB 220d versiyaları isə, müvafiq olaraq, 150 və 190 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri ilə təchiz edilirdilər. Bütün aqreqatlar yeni səkkiz pilləli 8G-DCT «robotu» ilə tandemdə çalışırlar. Daha sonra krossoverin çeşidinə 116 at qüvvəsi və 280 Nm fırlanma anı hasil edən 2,0-litrlik dizel mühərriki ilə təchiz edilən GLB 180d daxil edilmişdi. İndi isə, növbə benzin mühərrikinə malik olan eyni indeksli krossoverə çatıb.
GLB 180 modelinin 1.33-litrlik benzin turbomühərriki 7G-DCT «robotu» ilə tandemdə çalışır. Məlum məsələdir ki, 136 at qüvvəsinə malik olan mühərrik krossoverin dinamikasınma heç də müsbət təsir göstərməyib: sıfırdan 100 km/saat həddinə sürətlənməyə 9,9 saniyə gərəkdir. Bununla belə, krossoverin qarışıq rejimdəki yanacaq sərfiyyatı 100 kilometrə 6,0 litrdən çox deyil.