Bu günlərdə Worldcarfans internet nəşri, Mercedes-Benzl GLC-Class Coupe modelinin «qaynar» variantının video görüntülərini əldə etmişdir. Avtomobilin seriya variantı təqdim edilməsə də, alman şirkəti artıq onun 450 AMG adlandırılacaq «qaynar» variantı üzərində ciddi-cəhdlə işləyir. Yeni təqdim olunacaq avtomobilin bu variantı, eksteryerin xüsusi tərtibatı və mühərriki ilə adi variantlardan fərqlənəcəkdir.
Xatırladaq ki, Pekin avtomobil sərgisində konsept kimi təqdim edilimiş GLC Coupe’nin seriya variantının cəsus görüntüləri hələ bu ilin avqust ayında yayımlanmışdır. Cəsusların çəkdiyi şəkillərdən göründüyü kimi, «qaynar» GLC 450 AMG Coupe genişləndirilmiş təkər tağları və işlənmiş qazların buraxılış sisteminin cütlənmiş boruları ilə seçilir.
Çox güman ki, yeni avtomobil Mercedes-Benz C450 AMG modelindən alınmış, 367 at gücü olan, 3,0-litrlik altısilindirli turbomühərrik ilə təchiz ediləcəkdir. Sürətlər qütüsu isə alternativsiz yeddidiapazonlu avtomatik qutu olmalıdır. Bu tandemlə təchiz edilmiş sedan 100 km/s sürətini 4,9 saniyəyə toplayıq. Yeni krossoverin isə, bu «tapşırığı» yerinə yetirmək üçün beş saniyə sərf edəcəyi bildirilir.
Deyilənlərə görə, yeni krossoverin və onun «qaynar» variantının ilk təqdimatı gələn ilki Cenevrə avtomobil sərgisində baş tutmalıdır. Avtomobilin bərkgedən Mercedes-AMG GLC 63 Coupe (476 a.q.) və GLC 63 S Coupe (510 a.q.) versiyaları isə 2017-ci ildə işıq üzü görməlidirlər.