İki modifikasiya təqdim olunur: 421 at qüvvəsi “yumşaq hibrid” güc qurğusuna malik olan 43 indeksli Mercedes-AMG GLC və 680 at qüvvəli benzin-elektrik güc qurğusu ilə hərəkətə gələn ən yüksək səviyyəli GLC 63 S E Performance. Satışların başlama tarixi və qiymətlər hələlik açıqlanmayıb. Yeganə açıqlanan məlumat, Mercedes-AMG GLC krossoverlərinin qara-sarı dekoru olan Edition 1 xüsusi versiyasında təklif ediləcəkləridir.
Mercedes-AMG GLC 43
Mercedes-AMG GLC 43 başlanğıc versiyası elektrik kompressoru və startyor-generatoru olan turbomühərriklə hərəkətə gəlir. Bəyan edilmiş hasilat 421 at qüvvsi və 500 Nm fırlanma anı təşkil edir. Elektrik üstqurum isə, hasilatı qısa müddətə 14 at qüvvəsi artırmağa imkan verir.
GLC 43 versiyası doqquz pilləli avtomatik transmissiya və tam ötürmə sistemi ilə təklif ediləcəkdir. Dartma qüvvəsi oxlar arasında arxa oxun xeyrinə 31:69 nisbətində paylanır. Mercedes-AMG GLC 43 yerindən 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir, onun maksimal sürəti isə elektron olaraq 250 km/saat həddində məhdudlaşdırılır.
Mercedes-AMG GLC 63 S E Performance
Məlum məsələdir ki, Mercedes-AMG GLC 63 S E Performance “kiçik” versiyanı hər cəhətdən üstələyir. Bu, 476 at qüvvəli benzin turbomühərrikə, arxa oxa quraşdırılmış 204 at qüvvəli elektrik mühərrikinə və 6,1 kilovatlıq batareyaya malik olan tam ölçülü hibriddir.
Ümumilikdə, hibrid qurğu 680 at qüvvəsi hasil edir və krossoveri 100 km/saata 3,5 saniyəyə sürətləndirir. Dartma qüvvəsi oxlar arasında 50:50 nisbətində paylanır, lakin hibrid ötürmə dartma qüvvəsinin 100 faizini arxa təkərlərə ötürməyə imkan verir. Belə krossoverin maksimal sürəti 265 km/saatdır. “Bərkgedən” krossover sift elektrik ötürməsi ilə 12 kilometrə qədər məsafə qət edə bilir.
Təchizata gəlincə, hər iki AMG versiysıa üçün adaptiv amortizatorlar və “dönən” arxa təkərlər əlçatandır, GLC 63 S E Performance isə əlavə olaraq aktiv stabilizatorlarlı alacaqdır. Opsional olaraq, altıporşenli supportları olan əyləc mexanizmləri təklif ediləcəklər.
Mercedes-Benz GLC Coupe kross-kupesi də mütləq AMG versiyalarına sahib olacaqdır. Lakin, çox güman ki, “bərkgedən” kross-kupelər bir ildən sonra bazara çıxacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.