Mercedes-Benz GLK modelini əvəzləmiş GLC krossoveri 2015-ci ildə debüt edib. Bir il bundan öncə isə, modelin planlaşdırılmış yenilənməsi həyata keçirilib. Buna baxmayaraq, ilkin məlumata görə, zavoddaxili X254 indeksini daşıyan növbəti nəsil Mercedes-Benz GLC modelinin sınaqlarına start verilib. Buna, bu günlərdə ictimai yollarda casusların rast gəldikləri sınaq protoipi dəlalət edir.
Əlbəttə ki, güclü kamuflyaj örtüyü avtomobilin dizaynını gizlədir, lakin krossoverin yeni nisbətləriə malik olduğu aşkardır: kuzov bir qədər alçaq və uzun olacaq, əsas artım isə kapotun payına düşəcəkdir.
Çox güman ki, prototip seriya modelinin ön fənərləri ilə təchiz edilib. Lakin bunu, arxa işıq texnikası barədə söyləmək olmaz: onları hələ də "müvəqqəti" fənərlər əvəz edir. Sanballı görkəmə malik olan arxa kuzov çıxışı yeni GLC modelinin üçüncü oturacaq cərgəsinə sahib olacağına işarə edir, amma arxa hissədəki kamuflyaj örtüyü bizi yanılda bilər.
Böyük ehtimalla, Mercedes-Benz GLC krossoverinin növbəti nəsli, bu il debütü gözlənilən yeni nəsil Mercedes-Benz C-Class modeli ilə eyni platformanı və mühərrik çeşidini bölüşəcəkdir. Krossoverin təchiz ediləcəyi bütün dörd və altı silindrli mühərriklər yumşaq hibrid əlavələrə malik olacaqdırlar.
Krossoverin qoşulan hibrid modifikasiyalarının artacağı da gözlənilir - hazırda, alman istehsalçısı GLC 300 e və GLC 300 de qoşulan hibridlərini təklif edir. Bununla birlikdə, Mercedes-Benz GLC krossoverinin növbəti nəslinin debütünü 2022-ci ildən əvvəl gözləmək lazım deyil.