Yeni nəsil Mercedes-Benz GLE modeli digər variantlar ilə yanaşı məişət şəbəkəsindən qidalanan hibrid modifikasiyasına da sahib olacaqdır. Bu barədə alman şirkətininişləmələr üzrə bölümünün rəhbəro Ola Kallenius məlumat verib. Yeri gəlmişkən, Kallenius gələn ildən Diter Zetşeni əvəz edəcəkdir.

“Hazırda, elektrik ötürməsi ilə 50 kilometr məsafə qət edəcək hibridlər üzərində işləyirik.Mercedes-Benz  GLE modeli  WLTP standartlarına uyğun olaraq yüz kilometrlik yürüş ehtiyatına malik olan ilk avtomobilimiz olacaqdır”, - Kallenius söyləyib.

Əlbəttə ki, sırf elektrik ötürməsi ilə 50 və hətta 100 kilometrlik yürüş əvvəlki nəsil GLE 500 e modelinin 30 kilometrlik  yürüşü ilə müqayisə edilə bilməz. Texniki cəhətdən yeni hibrid krossoverin S 560 e modeli ilə bənzər olacağını da ehtimal etmək olar. Xatırladaq ki, hibrid bayraqdarın batareyasının tutumu 8,7-dən 13,5 kilovat-saata, yürüş ehtiyatı isə 33-dən 50 kilometrə qədər artırılıbdır. Hibrid qurğusunun ümumo gücü 476 at qüvvəsi, orta yanacaq sərfiyyatı isə 2,5-2,6 litr təşkil edir.

Çox güman ki, yeni nəsil GLE krossoveri daha tutumlu batareya və güclü elektromotor ilə təchiz ediləcəkdir. Hər halda 100 kilometrlik yürüş tezliklə əlçatan olmayacaqdır. Bunun üçün yəqin ki, krossoverin restaylinqi gözləməli olacağıq.

Mənbə: Drive.ru

Əvvəlki nəsil GLE 500 e