Mercedes-Benz şirkəti Avropa bazarında satılan yeni nəsil GLE modelinin mühərrik çeşidini genişləndirib. Bu günə ofrouder 245 at qüvvəli 2,0-litrlik dizel (Mercedes-Benz GLE 300 d) və 367 at qüvvəli 3,0-litrlik altı silindrli (Mercedes-Benz GLE 450) benzun turbomühərrik ilə təklif edilir.
Artıq ofrouderi 2,9-litrlik sıralı altı silindrli tvin-turbo dizel mühərriki ilə sifariş etmək də mümkün olacaqdır. Mercedes-Benz GLE 350 d modelinin kapotunun altında yerləşən bu mühərrik 272 at qüvvəsi və 600 Nm hasil edir. Mühərrik 9-pilləli avtomatik qutu və tam çəkiş sistemi ilə tandemdə çalışır.
Mercedes-Benz GLE 400 d modifikasiyası ilə həmin aqreqatın 330 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən variantına sahib olub. Mercedes-Benz GLE 350 d 100 km/saat həddini 6,9 saniyəyə toplayər və 230 km/saatlıq maksimal sürət həddinə malikdir. GLE 400 d isə ilk «yüzlüyə» 5,8 saniyəyə sürətlənir və 240 km/saatlıq maksimal sürət həddinə malikdir.
Yeni modifikasiyaların Almaniyadakı satışlarına gələn ilin yazında başlanacaqdır. Ofrouderlərin qiyməti GLE 350 d üçün 69,5 min avrodan, GLE 400 d üçün isə 76,1 min avrodan başlayır.