Hal hazırda Mercedes-Benz GLE-Class modelinin ən güclü versiyası Mercedes-AMG GLE 53 4Matic+ modelidir. Carbuzz saytının iddialarına görə, alman istehsalçısı krossoverin daha güclü variantını hazırlayır. Əgər bu modelin Mercedes-AMG GLE 63 4Matic+ olduğunu düşünürsünüz isə, yanılırsınız.
Carbuzz saytının bildirdiyinə görə, Mercedes-Benz GLE modelinin GLE 580 indeksli variantını hazırlayır. Sayt, Mercedes-Benz şirkətinin diler mərkəzlərində müştərilərə GLE 580 modelinə sifariş formalarının təqdim edildiyi iddia edir. Nəzərə alsaq ki, bir müddət bundan öncə Nyu York avtosalonunda debüt edən Mercedes-Benz GLS-Class modeli GLS 580 modifikasiyasında təklif olunur, GLE modelinin də belə modifikasiyaya sahib olacağı heç də qəribə görünməməlidir.
Əgər bu şayiə doğrudursa, Mercedes-Benz GLE 580 krossoveri GLE model xəttində Mercedes-AMG GLE 53 və Mercedes-AMG GLE 63 krossoverlərinin arasında yer alacaqdır. Xatırladaq ki, Mercedes-Benz GLS 580 krossoveri 489 at qüvvəsi və 700 Nm fırrlanma anı hasil edən 4,0-litrlik V8 biturbomühərriki ilə təchiz edilir.