Mercedes-Benz şirkəti Mercedes-AMG GT modelinin bazasında yaradılmış yarış avtomobilinin ilk görüntülərini dərc etmişdir. Yeni yarış avtomobili GT4 kateqoriyası üçün hazırlanmışdır. Bu kateqoriyada iştirak edən avtomobillər minimal sayda dəyişikliklərə məruz qalırlar. Alman şirkətindən verilən məlumatda yarış avtomobilinin növbəti mövsümün başlanmasına yaxın bir zamanda hazır olacağı bildirilmişdir.
Bununla belə, almanlar avtomobil haqqında ətraflı məlumat verməmişdirlər. Yeganə məlum olan, yarış avtomobilinin bu ilin iyun ayında Qudvudda keçirilmiş sürət festivalında təqdim edilmiş Mercedes-AMG GT R trek superkarının bazasında yaradılacağıdır. Kupe 585 at qüvvəsi olan 4,0-litrlik iki turbokompressorlu V8 mühərriki ilə və yeddi pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir.
Superkara ilk 100 km/saat sürətini toplamağa 3,6 saniyə vaxt tələb olunur. Onun maksimal sürəti isə 318 km/saat təşkil edir. Avropada keçirilən GT4 çempionatında tam mövsümdə istirak etmək üçün 15 min avro ödəmək gərəkdir. Bu çempionatda xüsusi hazırlanmış BMW M4, Porsche Cayman və 911, KTM X-BOW, Aston Martin Vantage, Chevrolet Camaro, Lotus Evora, Ford Musatng və Nissan 370Z modelləri çıxış edirlər.