Mercedes-Benz şirkətinin Nissan NP300 platformasında istehsal edəcəyi ilk pikap kuzovlu avtomobilinin hansı adla satışa çıxarılacağı ətrafında qızğın mübahisələr gedir. Avstraliyadan olan «CarAdvice» nəşrinin əldə etdiyi məlumata görə, avtomobil üçün iki ad təklif edilmişdir - X-Class və Z-Class. Modelin yolsuzluq şəraitində istismarıın nəzərdə tutulduğunu nəzərə alan alman şirkətinin rəhbərliyinin, onun daha çox X-Class kimi adlandırmağa meyl etdiyi söylənilir.
Mercedes-Benz markasını daşıyacaq ilk pikapın yalnız dizel mühərrikləri və üç növ təchizatla təklif olunacağı söylənilənlər arasındadır. Avtomobilin ən əl çatan və orta qiymətli variantlarının, 188 at qüvvəsi və 450 Nm fırlanma anı olan, 2,3-litrlik dörd silindirli dizel mühərriki illə təchiz ediləcəyi bildirilir. Pikapın ən bahalı variantının isə 255 at qüvvəsi və 550 Nm fırlanma anı olan altı silindirli mühərriklə təchiz ediləcəyi ehtimal olunur.
Mercedes-Benz pikap üçün iki növ tam ötürməli çəkiş sistemi təklif ediləcəkdir. Bunlardan birincisi qoşulmalı, ikincisi isə daimi tam çəkiş sistemidir. Nəşrin bildirdiyinə görə sonuncu variant yalnız bahalı modifikasiyalar üçün standart olacaqdır. Bundan əlavə, əldə edilən məlumata əsasən avtomobilin interyeri B-Class kompaktveninin diazyn üslübunda tərtib ediləcəkdir. Avtomobil üçün həmçinin AMG tərəfindən hazırlanmış kuzov dəsti də təklif ediləcəkdir. AMG GmbH tərəfindən hazırlanmış «qaynar» variantın mövcud olacağı qeyri məlumdur.
Yeni pikapın istehsalı Nissan şirkətinin Batselonadakı zavodunda yerləşdiriləcəkdir. Alman şirkəti pikap kuzovlu avtomobil buraxmaq niyyətini hələ keçən ilin yazında bəyan etmişdir. Sonradan Mercedes-Benz pikapın Nissan NP300 platformasında yığılacağını bildirmişdir. Ehtimallara görə, radiator torunda uçşüalı ulduz daşıyacaq pikapın istehsalı 2020-ci ildə başlamalıdır.