2016-cı il dekabrın 27-də KİV nümayəndələri üçün Mercedes-Benz-in yeni rəsmi diler mərkəzi - Abşeron Avtomobil Mərkəzi tərəfindən təşkil edilmiş Mercedes-Benz avtomobilləri xəttinin test-drayvı keçirilmişdir.
Ümumi sahəsi 3000 kv. m-dən artıq olan, Mercedes-Benz brendinin korporativ standartlarına uyğun qurulmuş diler mərkəzi Mercedes-Benz avtomobillərinin satışı, zəmanətli və post-zəmanətli xidmətləri üzrə geniş xdmətlər kompleksi təqdim edir. Bu gün üçün servis zonası 1000 kv. m təşkil edir. Servis zonasına 5 post daxildir, lakin onların sayı arta da bilər. Bura gələnlərin rahatlığı üçün shou-roomda markanın bütün model sırası təqdim edilmiş, servis mərkəzi isə geniş işlər kompleksini yerinə yetirməyə imkan verən müasir avadanlıqla təchiz olunmuşdur.
Mərkəzin əməkdaşları Mercedes-Benz modelləri və kreditləşmə proqramları üzrə peşəkar məsləhətlər verməyə, personal test-drayv təşkil etməyə və avtomobilin optimal komplektasiyasının seçimində kömək etməyə hazır olan yüksək ixtisaslı mütəxəssisləridir. «Abşeron Avtomobil Mərkəzi» avtosalonu Sumqayıt şossesi, 6-cı km ünvanında yerləşir.