Münhen keçirilən avtosalonda, alman şirkətinin baş direktoru Ola Kallenius jurnalistlərə bir neçə ildən sonra “kiçik G” ofrouderinin seriyaya gedəcəyini bildirib. Britaniyanın “Auto Express” nəşri yeni ofrouderin tizerini çəkməyə də müvəffəq olub: avtomobil g-Class adlanır (ofrouderin adı əsl Gelendevagen ilə fərqi vurğulamaq üçün kiçik hərflə yazılır.
Yeni ofrouder haqqında məlumat, Mercedes-Benz rəhbəri tərəfindən CLA-Class konsept avtomobilinin təqdimat mərasimində səsləndirib. Birbaşa deyilməsə də, g-Class başlanğıc səviyyəli elektromobillər üçün hazırlanmış MMA modul platformasında inşa edilmiş tam ötürməli krossover olacaq.
Tizerdən göründüyü kimi, Mercedes-Benz dizaynerləri G-Class ofrouderinin kiçik nüsxəsini buraxmağı planlaşdırırlar. Tezliklə orijinal ofrouderin dörd elektrik mühərriki ilə hərəkətə gələn EQG elektrik versiyası debüt etməlidir. "Little G" isə bir cüt elektrik mühərriki ilə təmin edilən sadələşdirilmiş tam ötürmə sistemi ilə kifayətlənəcək.
Digər təfərrüatlar açıqlanmır. “Kiçik G” ofrouderinin debütü 2025-ci ilə planlaşdırılıb. Şayiələrə görə, G-Class ofrouderinin kiçik analoqunun yaradılmasını ideyası Ola Kalleniusun özünə məxsusdur. Marketoloqlar çərçivəli G-Class ofrouderinin xarizmasının "kiçik G" modelinin kommersiya uğuru üçün əsas olacağına inanırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.