Bu ilin ortasında Mercedes-Benz şirkəti ən təhlükəsiz avtomobil layihəsi çərçivəsində hazırladığı şou-karı təqdim edəcəkdir. Experimental Safety Vehicle (ESV) layihəsi "məhvedilməz" avtomobilin yaradılmasını nəzərdə tutur. Avtomobil süni intellektə əsaslanan avtonom idarəetmə kompleksinə və ən mütərəqqi təhlükəsizlik sistemlərinə sahib olacaqdır.
Belə bir avtomobilin yaradılacağı barədə məlumatı avstraliyalı jurnalistlərə Mercedes-Benz şirkətinin tədqiqatlar və işləmələr bölməsinin rəhbəri Ola Kalennius verib. Kalennius ətraflı məlumat verməyib və şirkətin qarşısında duran əsas məqsədin yol nəqliyyat hadisələri zamanı ölüm hallarını sıfıra endirmək olduğunu bildirib. Çox güman ki, bu məqsədə çatmaq üçün istehsalçı sərnişin bölümünün yeni müdafiə texnologiyalarından və qəzaların qarşısına alan daha mükəmməl sistemlərdən istifadə ediləcəkdir.
Mercedes-Benz ESF 22, 1973-cü il. Avtomobil 64 km/saat sürətində əzilməyən baryerə çırpılma zamanı sərnişinlərə ön zərbələrdən qorunmağa imkan verən təhlükəsizlik yastıqları və kəmərlərin öncədən gərilməsi sistemi ilə təchiz edilirdi
Layihənin əsas ideyası özü öyrənən süni intellektin nəzarət etdiyi avtomobilin yaradılmasıdır. Məlumatlar real vaxt rejimində avtomobilin ətrafındakı müəyyən edilmiş sərhədlər çərçivəsində baş verən proseslərə nəzarət edən bulud hesablama platformasından daxil olacaqdır. Gün ərzində daxil olan məlumatlar mürəkkəb yol şəraitində maksimal təhlükəsizliyi təmin etməyə yardım edəcəkdir.
Mercedes-Benz ESF, 2009-cu il
Sonuncu Mercedes-Benz ESF modeli 2009-cu ildə Ştutqartda keçirilən nəqliyyat vasitələrinin təhlükəsizliyinin inkişafı konfransında təqdim edilib. Mercedes-Benz S400 Hybird modelinin bazasında inşa edilən prototip, qəfil yavaşlama zamanı əlavə təmas səthini təmin edən "əyləc yastığı", yandan zərbə zamanı mərkəzə doğru hərəkət edən oturacaqlar, sərnişinlər arasında açılan hava yastıqları və qapılardakı şişirdilən bölmələr ilə təchiz edilmişdi.