Bu günlərdə avtomobil «ovçuları» Mercedes-Benz GLA krossoverinin «kostyumunu» geyinmiş qeyri-adi bir «şikara» rast gəlmişdirlər. Motor1 saytının dərc etdiyi fotoşəkillərdən də göründüyü kimi, qarşımızda duran avtomobil heç də Mercedes-Benz şirkətinin ən yığcam krossoveri deyildir. Çox güman ki bu avtomobil, iki il bundan öncə Ştutqart təmsilçisinin elan etdiyi gələcək GLB krossoverinin aqreqatlarının daşıyıcısıdır. Diqqət yetirsək, qarşımızdakı avtomobildə GLA modelinə xas olamayan geniş təkər tağlarını müşahidə etmək olar.
Digər fərq isə, buraxılış sisteminin borularının olmadığı başqa formalı arxa bamperin quraşdırılmasıdır.
Bu layihə X247 zavod kodunu daşıyır və əvvəllər də deyildiyi kimi, GLB krossoveri B-Class modelinin genişliyini, GLA modelinin dinamik xüsusiyyətlərini və G-Class modelinin stilistlik elementlərini özündə cəmləşdirəcəkdir.
Yeni krossoverin GLA modelindən bir qədər iri ölçülərə malik olacağı və onun zahiri görkəminin daha çox həddlər alacağı ehtimallar sırasındadır. Krossoverin yeddi sərnişin üçün nəzərdə tutulmuş variantının da təklif ediləcəyi istisna olunmur.
Yeni avtomobil A-Class, CLA və GLA modellərinin əsasını təşkil edən MFA modul platformasında istehsal ediləcəkdir.
Yeni krossover, adı çəkilən modellərlə tərkibinə dördsilindirli benzin və dizel mühərriklər daxil olan və gücü 90-218 at qüvvəsi arasında dəyişən mühərrik çeşidini də bölüşəcəkdir.
Sonradan krossoverin gücü 381 at qüvvəsi olan AMG variantı da buraxılacaqdır. Mercedes-Benz şirkəti yeni avtomobilin seriya istehsalına 2019-cu ilin sentyabr ayında başlamağı planıaşdırır.