Mercedes-Benz şirkəti silahlı qüvvələr və polis təşkilatı üçün nəzərdə tutulmuş yeni G-Class ofrouderini buraxmaq fikrindədir. Bunu Avstraliyanın “Wich Car” nəşri iddia edir. Nəşr, W464 xəttindən olan “Gelendevagenin” silahlı qüvvələrin ehtiyacları və xilasetmə əməliyyatlarında iştirak üçün yaradılacağını, üstəlik, onun daha qənaətcil və məhsuldar olan 3,0-litrlik sıralı altısilindrli turbodizeli və avtomatik transmissiyanı alacağını bildirib.

Mercedes-Benz G-Class modelinin mülki versiyasının 2018-ci ildə nəsil dəyişdirməsinə baxmayaraq, onun hərbiçi “qohumu” olan W461 modeli kiçik dəyişikliklərlə 1991-ci ildən bəri istehsal olunur və təqaüdə çıxmaq niyyətində deyil. Bununla birlikdə, Daimler W464 kodunu daşıyan daha müasir ofrouderi  hazırlamağa qərarına gəlib - yeni model mühərrik çeşidi ilə fərqlənəcək, LED işıq texnikasına sahib olacaq və yükgötürmə qabiliyyətini artıracaqdır.

Ofrouderin inşa ediləcəyi arxitektura barədə heç bir məlumat yoxdur, ancaq “Which Car” nəşrinin  mənbələri onun təchiz ediləcəyi mühərrikin xüsusiyyətlərini açıqlayıblar – “Gelendevagenin” kapotunun altında 249 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbodizelin və  8-pilləli “avtomatın” quraşdırılacağı bildirilir. Bundan başqa, 24-voltluq hibrid sistemin tətbiq ediləcəyi gözlənilir.

Sıralı turbodizellərə keçid gözləniləndir, çünki "mülki" G-Class modellərində məhz belə bir konfiqurasiyaya malik olan OM 656 mühərriklərindən istifadə edilir. Mercedes-Benz G 350 d modelinin kapotunun altındakı mühərrik eyni 249 at qüvvəsi və 600 Nm-ə malikdir, lakin mühərrikin həcmi 2,9 litrdir. Utilitar ofrouder üçün mühərrikin modernləşdirilməsi də mümkündür, ancaq insayder səhvini də istisna etmək olmaz.

W464 indeksli hərbi ofrouderin mülki şəxslərə satılması mümkün deyil - ofroud pərəstişkarları üçün  Professional xəttindən olan G-Class hazırlanıb. Bu versiyanı bəyənməyənlər isə, yeni Mercedes-Benz G-Class 4x4² modelinin debütünü gözləmək məcburiyyətindədirlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.