Mercedes-Benz şirkəti keçən il nümayiş etdirdiyi Vision Mercedes-Maybach 6 prototipinin açıq vaersiyasını təqdim edib. Vision Mercedes-Maybach 6 Cabriolet adını almiş protoipin uzunluğu 5,7 metr təşkil edir.
Kabrioletin təqdimat mərasimi Kaliforniyada keçirilən Pebbl-Biç zəriflik müsabiqəsində baş tutub. Yeni prototip keçən ilki konseptədn nəinki yumşaq tavanı, eyni zamanda başqa rəngli və 24-düymlük təkər diskləri ilə seçilir.
Prototipin, tərtibatında dəri və çəhrayı qızıldan istifadə edilmiş interyerinin dizaynı dəyişilməz qalmışdır. Yeni prototip iki proyeksiya displeyini də qoruyub-saxlamışdır. Bu displeylər alın şüşəsi boyu məlumatları əks etdirməyə imkan verirlər.
Vision Mercedes-Maybach 6 Cabriolet konsepti ümumi gücü 750 at qüvvəsi olan dörd elektromotorla hərəkətə gəlirlər. Onlar kuzovun alt hissəsində yerləşdirilmiş nazik batareyalar blokundan qidalanırlar. Konsept yerindən 100 km/saat həddinə dörd saniyədən az müddətə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb.
Vision Mercedes-Maybach 6 Cabriolet modelinin maksimal yürüş ehtiyatı 500 kilometr təşkil edir. Xüsusi doldurma stansiyasından istifadə etdikdə onun yürüş ehtiyatını beş dəqiqə ərzində 100 kilometr artırmaq mümkündür.
Modelin gələcək taleyi barədə heç bir məlumat verilməyib.