Mercedes-Benz şirkəti Garia firması ilə birlikdə Mercedes-Benz Style Edition Golf Car adlı premium səviyyəli qolf-kartı təqdim etmişdir. Tərəfdaşlar “qolf oyunu üçün yeni sinif nəqliyyat vasitəsini” yaratdıqlarını bildirmişdirlər. Kartın çəkisi 440 kiloqrama, yük götürmə qabiliyyəti isə 460 kiloqrama bərabərdir. Kart işıqdiodlarından hazırlanmış fənərlərə, karbondan hazırlanmış dama və arxa diffuzora, 14 düymlük alüminium disklərə və qolf alətləri üçün nəzərdə tutulmuş çantanın xüsusi bərkidilməsi ilə təchiz edilmişdir.

Kartın interyerinin tərtibatında dəri, karbon və ağacdan istifadə edilmişdir. Kartın idarəedilməsi 10,1-düymlük sensorlu ekranın köməyi ilə həyata keçirilir. Ekranda həmçinin növbəti oyuğa olan istiqamət və oyunun hesabı olan cədvəl göstərilə bilər. Mercedes-Benz Style Edition Golf Car 4 at qüvvəsi gücü olan elektrik mühərriki ilə hərəkətə gəlir. Gərək olan anda mühərrikin gücü qısa müddətə 15 at qüvvəsinə qədər artırıla bilər. Kartın maksimal sürəti 30 km/saat həddindədir. Kartın təchiz edildiyi litium-ion batareyaların doldurulmasına altı saat tələb edilir. Kartın yürüş məsafəsi 80 kilometrə bərabərdir.

İlkin olaraq, iki ədəd karın buraxılması nəzərdə tutulur ki, alıcılar karta olan tələbatı nümayiş etdirərlərsə, onun seriya istehsalına start verilə bilər.