Daimler konserni söz verdiyi kimi, bazarı hibridlərlə doldurmağa davam edir. Əlbəttə ki, alman istehsalçısı təklif edilən hibrid çeşidinin genişləndirilməsi üçün unifikasiya edilmiş EQ Power qurğusundan istifadə edir. Bu günlərdə alman şirkəti keçən ilin yayında debüt etmiş A və B-Class qoşulan hibridləri ilə eyni texniki malik olan Mercedes-Benz CLA 250 e (sedan və universal) və GLA 250 krossoverinin benzin-elektrik versiyalarını təqdim edib.

Bütün avtomobillər 1,3-litrlik benzin turbomühərrik i(160 at gücünə, 250 Nm) və daxilində 102 at qüvvədi və 300 Nm-ə malik olan sinxron elektromotor quraşdırılmış 8-pilləli 8G-DCT “robotu” ilə təchiz edilirlər. Hibrid tandemin ümumi hasilatı 218 at qüvvəsi və 450 Nm təşkil edir. Müqayisə üçün: sırf 2,0-litrlik benzin turbomühərriki ilə təchiz edilmiş Mercedes CLA 250/GLA 250 modellərinin sərəncamında  224 at qüvvəsi və 350 Nm vardır. Hibridlər adi 12 voltluq startyor-generatora malik deyillər – benzin mühərriki ilə salmaq dartıcı elektromotora həvalə olunub.

Ön ötürməli hibridlər ailəsi eyni quruluşa malikdirlər. Daimler konserninə məxsus olan Accumotive firmasının  batareyası arxa oturacaqın altında yerləşir, yanacaq çəni geri çəkilərək arxa oxun üzərində quraşdırılıb. Bu konstruksiyanın üstündə isə, sabit və dəyişən cərəyandan işləyən yüklmə cihazları yerləşdirilib. Əlbəttə ki, modellərinbaqaj bölümünün həcmi azalıb, lakin istehsalçı məkan itkisinin, baqaj döşəməsinin  altındakı batareya yerləşdirilmiş versiyaya nisbətən daha az olduğunu iddia edir. Bundan əlavə, buraxılış sisteminin yolu da dəyişdirilib: səsboğucu sistem indi mərkəzi tuneldə yerləşir və çıxış borusu isə altlıqda bitir.

Gücü 15,6 kilovat-saat tutuma malik olan litium-ion batareya maye ilə soyudulur və 150 kq çəkiyə malikdir. Sabit cərəyan terminalından onu 25 dəqiqə ərzində doldurmaq olar. Dolu batareya ilə CLA 250 e (kuzov və şinlərin növündən asılı olaraq) elektrik rejimində 58-69 km, GLA 250 e krossoveri isə 53-61 km qət edə bilər. Elektrik ötürməsi hibridlər 140 km/saata qədər sürətlənə bilərlər.

Hibrid rejimdə Mercedes CLA 250 e modeli 235-240 km/saata, hündür və daha ağır olan GLA 250 e krossoveri isə 220 km/saata qədər sürətlənir. 100 km / saat sürətlənmə - 6.8 ilə 7.1 saniyə arasında, pasportdakı orta yanacaq sərfiyyatı isə 100 kilometrə 1.4-1.8 litr təşkil edir. Hərəkət elektronikası Comfort, Eco və Sport  rejimləri ilə yanaşı, Elektric (bərpa səviyyəsinin tənzimlənməsi ilə) və Batareya Level (sistem müəyyən edilmiş eneri səviyyəsini saxlayır) rejimlərinə də sahib olub.

Yeni qoşulan hibridlərin Avropa bazarındakı satışlarına baharın sonunda başlanmalıdır. Qiymətlər açıqlanmayıb.