ABŞ-da nadir Mercedes-Benz R63 AMG miniveninin sahibinə avtomobilin xarab olmuş mühərrikini 57515 dollara təmir etməyi təklif etmişdirlər. Bu barədə «Road and Track» dərgisinin verdiyi xəbərdə deyilir. Bu məbləğ yeni Porsche 718 Cayman modelinin satış qiymətindən 3615 dollar çoxdur.
«Qaynar» miniven sahibi tərəfindən alman istehsalçısının dilerlərindən birindən alınmışdır. Satın alındığı ana avtomobilin odometrində yürüş göstəricisi 94 mil (151278 kilometr) təşkil edirdi. 12 mil (19312 kilometr) qət etdikdən sonra minivenin mühərriki xarab olmuşdur. Mercedes-Benz şirkətinin yaxınlıqdakı dileri mühərrikin təmirinin 57515 dollara başa gələcəyini bildirmişdir.
Avtomobilin sahibi təmir üçün hesabı aldıqdan sonra avtomobili özü təmir etmək qərarına gəlmişdir. Bunun üçün o qarajını yenidən hazırlamalı olmuşdur. İlk növbədə o qarajı qaldırıcı qurğu ilə təchiz etmişdir. Onun bu işlərə nə qədər xərclədiyi bildirilməmişdir.
«Qaynar» Mercedes-Benz R63 AMG miniveni 2006-cı ildə təqdim edilmişdir. Miniven 510 at qüvvəsi və 630 Nm fırlanma anı olan 6,2-litrlik mühərriklə təchiz edilirdi. R-Class modelinin AMG modifikasiyasına böyük tələbat olmadığına görə istehsalçı onun buraxılışını dayandırmalı olmuşdur. Ümumilikdə 200 ədəd «qaynar» miniven istehsal edilmişdir.