Mercedes-Benz şirkəti S-Class kupesinin yeni xüsusi modifikasiyasını hazırlamışdır. Night Edition adlandırılmış modifikasiyanın kütləvi debütü yanvar ayında qapılarını açacaq Detroyt avtosalonunda baş tutacaqdır.
Yeni modifikasiya adi kupelərdən eksteryer və interyerin xüsusi tərtibatı ilə seçiləcəkdir. Zahiri cəhətdən kupe xromla ötürülmüş ön splitter, aerodinamik kuzov dəstində və güzgülərin gövdəsində olan qara parlaq elemetnlər, həmçinin buraxılış sisteminin xrom boruları və iki rəngli 20-düymlük AMG diskləri ilə seçilir. Bununla bərabər, kupenin ön qanadlarında xüsusi modifikasiyanın adı həkk olunmuş emblemlər peyda olmuşdur.
Eyni zamanda, əlavə ödənişlə avtomobilin Selenite grey mango tutqun boz rəngini də sifariş etmək mümkündür.
Mercedes-Benz S-Class Night Edition modifikasiyasının salonunun fotoşəkillərinin dərc edilməsə də, sükan çarxında «gecə» modifikasiyasının adının həkk edildiyi də məlumdur. Bununla yanaşı, avtomobilin salonunun tərtibatında müxtəlif rəngli Nappa dərisindən, ağacdan və metaldan istifadə olunur. Xüsusi seriya S400 4Matic, S500 və S500 4Matic modifikasiyaları üçün təklif ediləcəkdir. İlk variant 367 at qüvvəli altı silindrli, digər ikisi isə 455 at qüvvəli səkkiz silindrli mühərrik ilə təchiz edilir. Night Edition modifikasiyasının Avropa satışlarına gələn ilin əvvəlində start veriləcəkdir.