Dünyanın ən populyar sedanlarından olan Mercedes-Benz S-Class bayraqdarını adətən yüksək vəzifəli məmurların və ya biznesmenlərin xidməti avtomobili qismində, yaxud varlı vətəndaşların ailə avtomobili kimi görməyə adət etmişik. Hətta bir çoxları, bu avtomobilin AMG, Brabus kimi məşhur atelyelərin hazırladıqları daha cazibədar sedanlara daha çox üstünlük verirlər. Lakin, okeanın o tayında yaşayan varlı afro-amerikalıların bu avtomobilə baxışı biz avropalıların baxışlarından tamamilə fərqlənir.
Bu fərqin bariz nümunəsi olaraq, RDBLA etiketli S-Class sedanını göstərmək olar. Yaponiya mənşəki məşhur Wald International atelyesinin aqressiv Black Bizon Edition tüninq dəsti ilə təchiz edilmiş və parlaq mavi-metallik rənginə boyanmış bayraqdar sedan «qışqırdıcı» görkəmi ilə, qırmızı və ya ağ rəngli kostyum geyinmiş qara dərili sahibindən heç nə ilə seçilmir.
Tərkibinə yeni formalı ön və arxa bamper, qabarıq yan kandarlar, arxa diffuzor, paslanmasyan poladdan hazırlanmış səsboğucu sistem, klirensi azaldılmış asqı və LED gündüz işıqları daxil olan tüninq dəstini Kaliforniya mənşəli iri Forgiato Ventoso-ECL təkər diskləri tamamlayır. Avtomobilin texniki cəhətdən nə dərəcədə dəyişiklərə məruz qaldığını söyləmək çətindir.
Hər halda, bu sayaq müştərilər üçün mühərrikin gücünün artırılması o qədər vacib sayılan amillərdən deyildir.