Krossoverlərin populyarlığının sürətlə artmasına baxmayaraq, Mercedes-Benz şirkəti sedanlardan əmindir və təklif edilən modellərin sayını azaltmaq fikrində deyil.
Dünya üzrə krossoverlərin satışları, bu gün alıcılar arasında ən böyük tələbatın məhz krossoverlərə olduğunu göstərir. Bunun nəticəsində, bir çox avtomobil istehsalçısı təklif etdiyi minik avtomobillərinin çeşidini azaltmağa və ya hətta sedanların buraxılmasını dayandırmağa başlayıblar.
Bununla birlikdə, Mercedes-Benz şirkəti buraxdığı sedan xəttini ixtisara salmaq niyyətində deyil: alman markasının rəhbəri Ola Kalleniusun Cars Guide nəşrinə verdiyi müsahibədə bildirdiyi kimi, bu gün də, lüks seqmentdəki sedanlar “çox aktualdırlar”. Bu günə, Mercedes-Benz şirkətinin qlobal satışlarının yalnız üçdə birini krossoverlər təşkil edir.
Kalleniusun bildirdiyinə görə, alman markasının krossoverlər xəttində olan ən populyar model, bu yaxınlarda nəsil dəyişdirmiş tam ölçülü GLS krossoverdir. Şirkət, GLS modelinin Mercedes-Maybach markası altında buraxılan lüks versiyasına böyük ümidlər bəsləyir.
Bununla belə, lüks krossoverin sonuncu yeddinci nəsil S-Class sedanının populyarlığına mane olmayacağından əmindir. Kallenius, premium sedanların bazar mövqeyinin istənilən halda “çox güclü” olduğunu qeyd edib. Mercedes-Benz S-Class modeli üçün əsas bazar, ayda 700 mindən çox belə sedanın satıldığı Çin bazarıdır.