Mercedes-Benz şirkəti təklif etdiyi transmissiyaların sayını artırmaq niyyətindədir. Alman istehsalçısı 10 avqust tarixində ABŞən patent bürosunda 8G-Tronic əmtəə nişanını qeydə alıbdır. Bu barədə məlumatı "Auto Guide" nəşri əldə edib.

Nəşrin ehtimallarına görə, alman istehsalçısını bu addımı atmağa iki səbəb sövq edə bilər: ya alman istehsalçısı yeddi və doqquz pilləli ötürmə qutuları ilə yanaşı yeni səkkiz pilləli transmissiyanı tətbiq etməyə hazırlaşır, ya da ki, şirkət bu yolla sadəcə əmtəə nişanını qorumağa çalışır. Məlumdur ki, alman istehsalçısı bir çox seriya modellərində doqquz pilləli transmissiyanı standart olaraq təklif edir. Yeddi pilləli ötürmə qutuları isə ən güclü mühərriklərlə tandemdə çalışır. Böyük ehtimalla, yaxın zamanlarda Mercedes-Benz, AMG modelləri də daxil olmaqla, bir sıra modellərdə 7G-Tronic qutusunu 8G-Tronic’lə əvəz etsin.

Xatırladaq ki, Ştutqart konserninin başlıca rəqibləri olan Audi və BMW şirkətləri artıq ZF firmasının istehsalı olan səkkiz pilləli ötürmələr qutularını öz modellərində təklif edirlər.