Mercedes-Benz şirkəti AMG GT superkarının açıq variantı təqdim etmişdir. Yeni rodster iki modifikasiyada olacaqdır. Bunlardan birincisi 476 at qüvvəli baza variantı, digəri isə S və R modifikasiyalarının arasında yer alacaq C modifikasiyasıdır. Yeni rodsterin rəsmi təqdimat mərasimi bu yaxınlarda Parisdə keçiriləcək avtosalonda baş tutacaqdır.
Mercedes-AMG GT C modofokasiyası AMG GT R modelindən tərkibinə tam idarənən şassi və daha geniş arxa təkər izi də daxil olan bir sıra texnologiyaları almışdır. Yeni modifikasiya AMG GT S modifikasiyasından 47 at qüvvəsi güclü və AMG GT R modelindən isə 28 at qüvvəsi zəifdir. Superkarın təchiz edildiyi 4,0-litrlik V8-biturbo mühərrikinin gücü 557 at qüvvəsi, fırlanma anı isə 680 Nm-dir. Güc aqreqatı yeddi pilləli iki muftalı robotlaşdırılmış sürətlər qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat həddinə Mercedes-AMG GT C Roadster 3,7 saniyəyə sürətlənir. Avtomobilin maksimal sürəti isə 316 km/saat təşkil edir. Müqayisə üçün adi rodster ilk “yüzlüyü” dprd saniyəyə toplayır və 302 km/saat maksimal sürətə malikdir. Rodster 50 km/saata qədər sürətlərdə açılıb-bağlana bilən yumşak tavanla təchiz edilmişdir. Qırmızı, qəhvəyi və qara rəngə boyana bilən tavanın açılıması və ya bağlanmasına 11 saniyə tələb olunur. Adi rodsterə nisbətən AMG GT C modifikasiyası 65 kiloqram daha ağırdır. Onun çəkisi 1660 kiloqram təşkil edir. C modifikasiyasının arxa təkər izi 57 millimetr genişdir. Bundan əlavə, AMG GT C rodsteri iki tənzimləməli buraxılış sistemi, aktiv arxa spoyler, AMG Ride Control adaptiv asqı sistemi və kuzovun ön hissəsində olan aktiv aerodinamik elementlərlə təchiz edilmişdir.