Mercedes-Benz yeni C-Class elektromobilini təqdim etməyə hazırlaşır. Yeniliyin rəsmi debütü 20 apreldə baş tutmalıdır. Yeni model daxili yanma mühərrikli Mercedes-Benz C-Class (W206/S206) modelini əvəz etməyəcək, əksinə model çeşidini genişləndirəcək. Təqdimatdan əvvəl istehsalçı salonun ilk şəkillərini yayımlayaraq, elektrokarın təchizatı barədə bəzi detallarını açıqlayıb.

Heç bir sürpriz yoxdur: C-Class elektromobilinin salonu, keçən ilin sentyabr ayında təqdim edilən Mercedes-Benz GLC with EQ Technology elektrik krossoverinin salonunu təkrarlayır. C-Class with EQ Technology sedanı cihazlar paneli və məlumat-əyləncə sistemini özündə birləşdirən eyni 39,1-düymlük MBUX Hyperscreen sisteminə malikdir.

Onu stəkan tutacaqları və simsiz şarj meydançası olan yüksək mərkəzi konsol, havalandırma sisteminin yumru deflektorları və  transmissiyanın sükanaltı selektoru quraşdırılmış müasir çoxqollu sükanla tamamlanır.

Hyperscreen yalnız daha yüksək təchizatlı modifikasiyalarda mövcud olacaq. Baza modelinin təchizatına üç ayrı displeyi - cihazlar panelinin 10,3-düymlük, 14,0-düymlük mərkəzi və ön sərnişin üçün eyni 14-düymlük ekranı olan MBUX Superscreen sistemi daxildir.

Yeni C-Class elektrokarı həmçinin GLC elektrik krossoverindən effektiv kontur işıqlandırmasını və bir sıra qapı paneli elementlərini götürüb. Lakin yeni modelin qapı dinamikləri maraqlı tərtibata malikdirlər - opsional Burmester 3D sistemi sifariş edildikdə, çoxsaylı üfüqi lamelləri və paslanmayan poladdan vurğuları olan unikal tərtibat diqqəti çəkir.

Artıq baza versiyasında avtomobilin salonu teksturalı Softtorino dərisi ilə üzlənir və onu teksturalı plastik, ağac və karbondan dekor ilə tamamlamaq olar. Ekologiya sevənlər müştərilər heyvan mənşəli olmayan materiallardan tərtibatı ehtiva edən Vegan paketini seçə bilərlər. Bu paketin Vegan Cəmiyyəti tərəfindən sertifikatlaşdırıldığı bildirilir.

Mercedes-Benz C-Class elektrik sedanı həmçinin çoxsaylı elektrik tənzimləmələrinə, yaddaş, masaj və havalandırma funksiyalarına, habelə hətta dördmövqeli bel dəstəyinə malik olan qabaqcıl oturacaqlar ilə təchiz edilir.

Bundan əlavə, opsional AMG Line paketini sifariş edildikdə, oturacaqlar gücləndirilmiş yan mütəkkələr, inteqrasiya olunmuş baş dayaqları, habelə nappa dərisi və seçilən tikişləri olan alkantaradan üzlüklər ilə təchiz olunacaqlar.

Platformanın unikal konstruksiyası sayəsində batareyalı C-Class daxili yanma mühərriki olan modeldən daha geniş və daha da işıqlı olduğu iddia edilir - yeni modelin təchizatına elektroxrom tündləşdirməsi və quraşdırılmış 162 LED Mersedes ulduzdan ibarət olan mühit işıqlandırması ilə təchiz edilmiş Sky Control panoram damı daxil olacaq.

Nəhayət, elektrik sedanı yaxşılaşdırılmış səs izolyasiyası və qabaqcıl iqlimə nəzarət sistemi ilə təchiz olunacaq. Yeni çoxkomponentli istilik nasosundan istifadə sayəsində, elektrikar salonu -7°C dərəcə temperaturda daxiliyanma mühərrikli nəqliyyat vasitələrinə nisbətən iki dəfə tez qızdıra biləcək. Bundan əlavə, sistem sərnişin salona daxil olduqda avtomatik şəkildə aktivləşəcək və rahat rütubət səviyyəsini qoruyacaq.

Image alt Image alt Image alt Image alt

Mercedes-Benz C-Class elektrokarının sedan kuzovu ilə debüt edəcəyi və GLC with EQ Technology krossoverinin də əsaslandığı yeni 800 voltluq MB.EA platformasında inşa olunacağı gözlənilir.

Elektrik sedanı həmçinin krossoverdən batareya və güc qurğularını da miras olaraq alacaq. Əvvəllər dərc olunmuş tizerlərdən də göründüyü kimi, elektromobil işıqlandırılan barmaqlığa, üçşüalı naxışı olan LED faralara və yan şüşələnmənin orijinal üçpəncərəli formasına malik olacaq.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən isti