Gələn il əfsanəvi alman Mercedes-Benz Unimog ofrouderi 80-illik yubileyini qeyd edir. Uzun karyerası ərzində o saysız-hesabsız modifikasiyaları əldə edib. Unimog avtomobilləri ümumiyyətlə sırf utilitar nəqliyyat vasitələri hesab olunur, lakin bu onların arasında zavod istehsalı olan utilitar modellərlə yanaşı, dəbdəbəli versiyalar da var.

Məsələn, 2005-ci ildə şirkətin 60-illik yubileyi münasibətilə Brabus tüninq atelyesi ilə birlikdə Unimog Black Edition prototipi yaradılıb. Odur ki, alman istehsalçısının öz pərəstişkarlarını Hellgeth Engineering şirkətinin iştirakı ilə hazırlanmış dəbdəbəli yubiley Unimog ofrouderi ilə sevindirmək istəməsində təəccüblü bir şey yoxdur.

İkicərgəli kabini olan avtomobilin xarici görünüşü yeni dəstin köməyi ilə təkmilləşdirilib: bu dəstə radiator barmaqlığı, bamper və yan ətəklər daxildir. Bəzi kuzov panelləri unikaldır və xüsusi sifarişlə hazırlanıblar.

Bundan əlavə, kuzovun tutqun boz rəngi, bedloklu 20-düymlük təkər diskləri və xüsusi LED işıqlandırma peyda olub. Ənənəvi güzgülər MirrorCam kamera sistemi ilə əvəz edilib ki, istehsalçının iddiasına görə, bu sistem həm yolsuzluq şəraitində, həm də dar şəhər küçələrində daha yaxşı görünürlüyü təmin edir.

Dörd nəfərlik salon seçilən tikişləri olan yüksək keyfiyyətli dəri ilə üzlənib və dəri döşəmə örtükləri ilə təchiz edilib. Yaradıcılarının sözlərinə görə, prototipin "premium xarakterini" xüsusilə vurğulamaq üçün kontur işıqlandırması da əlavə edilib. Lakin Mercedes-Benz salonun təfərrüatlı şəkillərini paylaşmaqdan imtina edib.

Yubiley avtomobili şirkətin firma “çevik” çərçivəsi və portal oxlarına malik olan Unimog U 4023  ofrouderinə əsaslanır. Tam ötürmə sistemi üç kilidlənən differensial ilə təchiz olunub. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kapotun altında əhəmiyyətli dəyişikliklər var: standart dördsilindrli 5,1-litrlik OM 934 turbodizelinin (231 at qüvvəsi) əvəzinə, 300 at qüvvəli altısilindrli 7,7-litrlik OM 936 mühərrik quraşdırılıb. Təkmilləşdirilmiş güc aqreqatı ofrouderin dinamikasını yaxşılaşdırmaqla yanaşı, onun gediş rahatlığını da artırıb.

Mercedes-Benz yeniliyin sadəcə dizayner eksperimenti olmadığını iddia edir. 2026-cı ildə bu prototip real şəraitdə sınaqdan keçiriləcək və toplanan məlumatlardan gələcək işləmələrdə istifadə olunacaq. Əgər kifayət qədər ictimai maraq yaranarsa, dəbdəbəli layihə Unimog ailəsinin yeni premium qolu üçün əsas ola bilər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.