Mercedes-Benz şirkəti 27 may tarixində nümayiş etdirməyə hazırlaşdığı yenilənmiş E-Class Coupe və E-Class Cabriolet modellərinin tizer kampaniyasını sürətlə davam etdirir. Dünən alman şirkəti avtomobillərin siluetləri olan tizeri nümayiş etdirmişdi. Bu gün dərc edilən tizerdə isə, bu modellərin Command sistemindən imtina edərək, müasir MBUX multimedia kompeksinə keçdiyini nümayiş etdirilir.
Avtomobillərin baza versiyaları 10,25-düymlük displeylərlə təchiz edilsə də, daha bahalı versiyalarda 12,3-düymlük variantlar tətbiq edilir. Bundan başqa, yenilənmiş Mercedes-Benz E-Class sedan və universalında debüt edən yeni sükan çarxl da diqqəti çəkir. Qeyd etmək lazımdır ki, eyni sükan çarxı S-Class flaqman sedanında da quraşdırılacaqdır.
Yenilənmiş E-Class sedan və universalı tamamlanmış reallıq elementləri olan naviqasiya sistemi və avtomobilin sistemlərindən alınan məlumatların əsasında seçilən bir neçə dincəlmə proqramına malik olan Energizing Coach funksiyası ilə təchiz edilmiş MBUX multimedia kompleksinin son versiyasını əldə edib. Bundan başqa, modelin təchizatına uzun məsafəli səyahətlər zamanı oturacağın yastığının və kürək hissəsinin vəziyyətini tədricən dəyişən, beləliklə, bədənin uzun müddət eyni vəziyyətdə qalmasına imkan verməyən Energizing Seat Kinetic sistemi də əlavə edilib.
MBUX kompleksinin əldə etdiyi yeni proqramlardan biri də PowerNap funskiyasıdır. Bu funksiya yalnız qoşulan hibrid modifikasiyaları üçün təklif edilir. Elektronika uzun məsafəli səyahətlərdə batareyanın doldurulması zamanı xüsusi dincəlmə proqramını tətrib edəcəkdir.
Digər bir yenilik, avtomobili oğurluqdan və zərərlərdən qorumaq üçün nəzərdə tutulmuş müdafiə sistemləridir: Urban Guard Protection və Urban Guard Protection Plus. Salon sensoru və adi həyəcan siqnalı ilə yanaşı, avtomobillər mobil tətbiqin köməyi ilə sürücünü oğurluq və təxliyə cəhdi barədə xəbərdar edə biləcəkdirlər. Avtomobilin sahibi ona nə qədər ciddi ziyan dəydiyini (məsələn, dayanacaqda vurulubsa) və hətta avtomobilin hansı hissəsinin zərər gördüyünü uzaqdan öyrənə bilər.