Mercedes-Benz şirkəti model xəttində GLA və GLC modellərinin arasında yer alan GLB krossoverinin salonunun təsvirini dərc edib. Zahiri cəhətdən yeni model Sensual Purity (“hissiyyatlı təmizlik”) dizayn dilinə adaptasiya edilmiş “kavdrat” GLK modelini xatırlatmalıdır. Avtomobilin dizaynında GLS və yeni G-Class modellərinin elementləri birləşdiriləcəkdir.
Təsvirdən göründüyü kimi, Mercedes-Benz GLB modelinin interyerinin dizaynı A-Class və CLA yığcam modellərinin arxitekturasını təkrarlayacaqdır. Krossover rəqəmsal cihazlar panelinin və MBUX multimedia sisteminin vahid displeyinə, üç mərkəzi deflektor-turbinalara və sensorlu panelləri olan sükan çarxına sahib olacaqdır.
Krossoverin əsasını təkmilləşdirilmiş MFA2 platforması təşkil edəcəkdir. Bu platforma aşağı ağırlıq mərkəzi, arxa çoxqollu asqı və arxa oxu qoşan elektrik mexanizmi ilə seçilir. GLB modelinin mühərrik çeşidinə 1,4 və 2,0-litrlik benzin mühərrikləri, həmçinin 116 at qüvvəli 1,5-litrlik dizel daxil ediləcəkdir. “Qaynar” Mercedes-AMG GLB 35 və GLB 45 modellərinin təklif ediləcəyi də istisna olunmur.
Mercedes-Benz GLB modelinin prototipi Şanxayda keçirilən avtosalonda təqdim ediləcəkdir. Seriya modelinin debütü isə, payızda keçirilən Frankfurt avtosalonunda baş tutacaqdır.