Hazırkı ikinci nəsil Mercedes-Benz GLE krossoveri 2018-ci ilin payızında debüt edib, 2019-cu ilin avqustunda isə, ona GLE Coupe versiyası qoşulub. 2023-cü ilin fevral ayında hər iki model eyni zamanda yenilənib. Hazırkı Mercedes-Benz GLS modelinin ikinci nəsli də yeddi il əvvəl debüt edib və debütündən dörd il sonra yenilənib. İndi isə, hər üç krossover növbəti dəfə yenilənib: yenilənmiş avtomobillərin kamuflyajlı prototiplərinin şəkilləri ötən yayın sonlarında dərc edilib, indi isə, onların üzərindəki sirr pərdəsi tamamilə götürülüb.

Mercedes-Benz nümayəndələri növbəti yenilənmənin genişmiqyaslı olduğunu iddia edirlər: GLE modeli  təxminən 3000 yeni və ya yenilənmiş hissəni alıb. Bütün krossoverlər mərkəzində işıqlandırılan ulduz, torunda çoxsaylı kiçik ulduzlar və opsional perimetr işıqlandırmasına malik olan daha böyük radiator barmaqlığını alıblar. Ön faralar yeni formaya sahib olublar və bir cüt üçşüalı ulduzdan ibarət olan gündüz hərəkət işıqlarına malikdirlər.

Digital Light funksiyaslı faralar əvvəlkilərə nisbətən dörddə bir dəfə daha yüngül və enerji istehsalakında 50% daha qənaətcildir, onların işıqlandırma sahəsi isə, 40% artıb. Təxminən 600 metr uzunluğunda işıq dəstəsinə malik olan Ultra Range uzaq işıqları dönmə funksiyasını alıblar - sonuncunun daha dəqiq işləməsi üçün həm videokameradan, həm də Google Maps xəritələrindən məlumat alan naviqasiya sistemindən istifadə olunur.

Yan tərəfdən baxdıqda başqa güzgülər və yeni təkər diskləri diqqəti çəkir. GLE və GLS modellərinin arxa işıqlarında qara əlavə ilə birləşdirilmiş üçşüalı ulduzlar peyda olublar, GLE Coupe modelinin arxa fənərləri isə, əvvəlki formasını qoruyub saxlayıblar.

Salonda üç 12,3 düymlük ekranı olan MBUX Superscreen sistemi və havalandırma sisteminin yeni deflektorları olan yenidən işlənmiş ön panel var. GLE modelində ilk dəfə olaraq, 3D formatında tamamlanmış reallıqla təchiz olunmuş opsional 18 düymlük proyekiya ekranı təklif ediləcək. Bundan əlavə, yeni sükan çarxı, daha səmərəli soyutma ventilyatorları olan yeni oturacaqlar, dəyişdirlmiş üzlük və üç yeni dekor variantı - tünd qəhvəyi ağcaqayın, qəhvəyi qoz və ya cilalanmış alüminium, - təklif olunacaq.

“Hava üzərindən” yenilənən yeni əməliyyat sistemi və süni intellekt komponentləri olan MBUX virtual köməkçisi (Microsoft, Google və ChatGPT həllərindən istifadə edilir) bəyan edilib. Fərdi səs tənzimləmələrinə cavabdeh rəqəmsal usta funksiyası və həcmli səslənməsi olan Burmester 3D Surround Sound sistemi də mövcud olacaq: o, əvvəlki sistemdən daha güclüdür (590 vatt əvəzinə 710 vatt) və tavanda quraşdırılan iki 3D-dinamik də daxil olmaqla 15 dinamikə malikdir.

Yana əyilmələr, uzununa və köndələn titrəyişlərlə mübarizə aparan E-Active Body Control sistemi iyirmidən çox sensordan məlumat alır: məlumatlar beş çoxnüvəli prosessor tərəfindən emal olunur, yol şəraiti isə, saniyədə 1000 dəfə təhlil edilir. Asqı 48 voltluq cərəyandan istifadə edir və kələ-kötür səthlərdə elektrik enerjisini bərpa edir, üstəlik, opsional pnevmatik asqı da daxil olmaqla, onun bütün versiyaları əvvəlkindən daha sərt və idman tənzimləmələrini alıblar.

Sürücüyə yardım sistemlərindən alınan məlumatları emal edən prosessor (krossoverin ən bahalı versiyalarında buraya 10 kamera, beş radar və 12 ultrasəs sensor daxildir) artıq su ilə soyudulur.

Asqı növündən (E-Active Body Control və ya Airmatic) asılı olmayaraq, yenilənmiş krossoverlər Car-to-X protokollarındakı məlumatlardan istifadə edərək demferləməni tənzimləyə bilər. Sistem, qarşıda gedən avtomobildən alınmış təhlükə barədə məlumatları anonim şəkildə, mobil şəbəkə vasitəsilə şirkətin buluduna real vaxt rejimində ötürməyə imkan verir. Onu təqib edən və Car-to-X funksiyası aktivləşdirilmiş Mercedes-Benz avtomobilləri asqını yol şəraitinə uyğunlaşdırmaq və xüsusən də “uzanmış polisləri” daha rahat keçmək üçün bu məlumatlardan istifadə edə bilərlər.

Yenilənmiş GLE modelinin səs izolyasiyasının əvvəlki versiya ilə müqayisədə yaxşılaşdırıldığı bildirilir: kardan valının tuneli və mühərrik bölməsi artıq xüsusi flis materialı ilə örtülür, mühərrikin qapağı isə, yeni, sıx həsirlə təchiz olunub. Ən əsası isə, mühərriklərin özləri əhəmiyyətli dərəcədə yenilənib.

GLE 350 versiyasının 2,0-litrlik benzin “turbodördlüyü” 258 at qüvvəsi və 400 Nm hasil edir ki, bu da 0-dan 100 km/saata 6,8 saniyəyə sürətlənməni təmin edir. GLE 450 versiyasında ciddi şəkildə yenidən işlənmiş 3,0-litrlik altısilindrli mühərrik 380 at qüvvəsi və 560 Nm fırlanma anı istehsal edir ki, bu da 100 km/saat həddini 5,0 saniyəyə (kupe-krossoverdə isə, 5,2 saniyəyə) toplamağa imkan verir. GLE 580 versiyasının 4,0-litrlik V8 biturbomühərriki (indi düz dirsəkli val və bir sıra digər təkmilləşdirmələrlə) artıq 537 at qüvvəsi və 750 Nm (əvvəllər 517 at qüvvəsi və 730 Nm) hasil edir. Belə krossover 100 km/saat həddini 4,4 saniyəyə toplayır.

GLE 450e plagin hibridi altısilindrli benzin aqreqatına və elektrik mühərrikinə malikdir: sistemin ümumi gücü 435 at qüvvəsidir. Krossover 0-dan 100 km/saata sürətlənməsi 5,0 saniyə çəkir. Batareya (tutumu dəqiqləşdirilməyib) WLTP standartına əsasən sıf elektrik dartması ilə 106 kilometr qət edir. Bundan əlavə, 3,0-litrlik altısilindrli dizel mühərrikinin iki variantı mövcuddur: 286 at qüvvəli GLE 350 d və 367 at qüvvəli GLE 450 d.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Giriş səviyyəli Mercedes-Benz GLS 450 modelinin kapotunun altındakı tanış 3,0-litrlik V6 benzin mühərriki gücünü (381 at qüvvəsi) qoruyub saxlasa da, onun fırlanma anı 500-dən 560 Nm-ə qədər artıb: flaqman krossoveri 0-dan 100 km/saata 5,4 saniyəyə sürətlənir. GLS 580 versiyasının 4,0-litrlik V8 mühərrikinin hasilatı 517 at qüvvəsi və 730 Nm-dən 537 at qüvvəsi və 750 Nm-ə qədər artıb. Top versiya  0-dan 100 km/saat həddinə 4,6 saniyəyə sürətlənir. Dizel versiyaları dəyişməz olaraq qalır: 3,0-litrlik altısilindrli mühərrik GLS 350 d modelində 313 at qüvvəsi və 650 Nm, GLS 450 d versiyasında isə, 367 at qüvvəsi və 750 Nm hasil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-AMG GLE 53 4Matic+ modelindəki yeni silindr başlığını və dəyişdirilmiş paylayıcı valını almış 3,0-litrlik M256 EVO “turboaltılığı” (449 at qüvvəsi, 600 Nm) elektrik mühərriki (23 at qüvvəsi, 205 Nm) ilə birlikdə “bərkgedən” krossoverin 100 km/saata 4,9 saniyəyə sürətlənməsini təmin edir. GLE 53 Hybrid 4Matic+ modeli 400 voltluq elektrik sistemi və tərkibinə eyni benzin aqreqatı və elektrik mühərriki (184 at qüvvəsi, 480 Nm) daxil olan plagin güc qurğusu ilə təchiz olunub: plagin hibridin ümumi hasilatı 585 at qüvvəsi və 750 Nm-ə çatır. Belə krossover 100 km/saat sürətini 4,5 saniyəyə toplayır. Batareya standart krossoverin elektrik ötürməsi ilə 88-91, kupe-krossoverin isə, 90-93 kilometr məsafə qət etməsinə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş krossoverlərin satışlarının başlama tarixi və qiymətləri hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.