Bu ilin yazında Mercedes-Benz şirkətinin S-Class kupe və kabrioletini istefaya göndərmək planlarının olduğu barədə şayiələr yayılmışdı. İndi isə, bu məlumat rəsmi olaraq təsdiqii tapıb.
İnsayderlər ikiqapılı Mercedes-Benz S-Class modellərinin istehsalının bu ilin avqust ayında başa çatacağını iddia edirdilər, lakin bunun doğru olmadığı məlum olub. Mercedes-Benz şirkətinin S-Class kupe və kabrioletindən imtina etdiyini təsdiqləsə də, onların bir il müdətində istehsal ediləcəyi məlum olub.
Yəni, 2021-ci il bu modellər üçün sonuncu il olacaqdır. Dəbdəbəli kupe və kabrioletin həm adi, həm də "bərkgedən" AMG versiyalarının istehsalı 12 aydan sonra dayandırılacaqdır. 2021 model ilinin avtomobilləri üçün yeganə yenilənmə yeni Cirrus Silver rəngi olacaqdır.
Mercedes-Benz S-Class kupe və kabrioletinin istehsalına son verilməsinin səbəbi kimi, vəasitə qənaət edilməsini göstərirlər. Bu vəsait yeni elektromobillərin hazırlanmasına və buraxılmasına yönəldiləcəkdir. Buna görə də, nisbətən kiçik tirajlı və bahalı qiymətə malik olan S Coupe və S Convertible modellərini ixtisara salmaq qərara alınıb.
Bunun əvəzinə Mercedes-Benz şirkəti müştərilərə AMG GT Coupe və yeni SL rodstereini təklif edəcəkdir. S-Class kupe və kabrioleti, təxminən yeddi ildir istehsal olunan W222 nəsil sedanın platformasında inşa ediliblər.