Alman avtomobil istehsalçısı Mercedes-Maybach S-Class çeşidini 580 e indeksli versiya ilə genişləndirib. Hibrid sedan orijinaldan 9-pilləli “avtomata” quraşdırılmış elektrik mühərriki və 28,6 kilovat-saatlıq dartma batareyası ilə fərqlənir. Bundan başqa, sedan tam ötürmə sistemindən məhrum edilib.
Hibrid sistemin hasilatı 510 at qüvvəsi və 750 Nm fırlanma anı təşkil edir. Mercedes-Maybach 580 e sedanı elektrik dartması ilə 100 kilometr (WLTP) qət edə bilir.
Mercedes-Maybach S 580 e sedanı texniki baxımından Avropa bazarı üçün nəzərdə tutulmuş eyniadlı analoji sedana bənzəyir. Hibrid sedan 3,0-litrlik sıralı altısilindrli M 256 benzin mühərriki (367 at qüvvəsi, 500 Nm), avtomatik transmissiyaya quraşdırılmış elektrik mühərriki (150 at qüvvəsi, 440 Nm) və baqaj döşəməsinin altındakı batareya ilə təchiz edilir.
Hələlik yeniliyin yalnız dinamik xarakteristikaları açıqlanıb: sedan 100 km/saata qədər 5,1 saniyəyə sürətlənir, onun maksimal sürət isə 250 km/saatdır. Mercedes-Benz yanacaq sərfiyyatı haqqında daha sonra məlumat verəcəkdir, lakin hibrid Çin CLTC dövrü üzrə 100 kilometrə 8,6 litr yanacaq sərf edən Maybach S 480 4Matic sedanının baza versiyasından daha qənaətcil olmalıdır.
Zahiri cəhətdən, hibrid arxa ötürməli Maybach qardaşlarından yalnız sol arxa qanaddakı əlavə qapaq və 4Matic embleminin olmaması ilə fərqlənir. Opsiyalar üzrə heç bir məhdudiyyət yoxdur. Yenilik üçün əsas bazar Çin olmalıdır, lakin S 580 e versiyasının Avropa və Asiya-Sakit okean regionu ölkələrində satılacağı artıq açıqlanıb.
Yeni Mercedes-Maybach S 580 e subbrendin təkrar doldurulan ilk nümayəndəsidir. Bununla belə, tezliklə Mercedes-Maybach çeşidində “sırf” elektromobil peyda olacaqdır: dəbdəbəli Mercedes-Maybach EQS SUV elektrik krossoveri yaxın zamanlarda debüt etməlidir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.