Mercedes-Benz şirkəti Maybach markasının ilk seriya modelinin buraxılmasının 100 illik yubileyi şərəfinə hazırlanmış Mercedes-Maybach S-Class Edition 100 sedanını təqdim edib. Yubiley sedanı V12 mühərrikli S 680 modifikasiyasına əsaslanır və 100 nüsxəlik tirajla istehsal olunacaqdır. Qiyməti açıqlanmayan uber-dəbdəbəli sedana sifarişlərin qəbulunu bu ilin dördüncü rübündə başlanacaqdır.

Mercedes-Maybach S 680 4Matic Edition 100 nəşri Maybach markasının ilk seriya avtomobili olan W 3 modelinin 100 illik yubileyini qeyd edir. Sedan gümüşü Cirrus Silver və tünd-göy Nautical Blue rənflərinə boyanmış kuzova, arxa sütunlarındakı Edition 100 firma monogramına və yeni boz rəngli təkər disklərinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəbdəbəli sedanın salon tərtibatında ağ və gümüş rəngli designo dərisindən və tünd parlaq dekordan istifadə edilir. Arxa sırada bütöv mərkəzi konsolu olan First-Class Rear oturacaqları quraşdırılıb. Sedanın təchizatına Burmester 4D səs sistemi daxildir. Oturacaqların qızdırılması və masaj funksiyası, habelə MBUX multimedia sistemi də, məlum məsələdir ki, təchizata daxildir.

Edition 100 sedanı 612 at qüvvəsi və 900 Nm (ABŞ-da 630 at qüvvəsi və 1000 Nm) hasil edən 6,0-litrlik V12 mühərriki, doqquz pilləli “avtomat” və tam ötürmə sistemi ilə təchiz edilir. Yubiley seriyasının nəşri 100 nüsxədən ibarət olacaqdır. Sifarişlərin qəbuluna bu ilin dördüncü rübündə başlanmalıdır. İlk avtomobillər diler salonlarında 2022-ci ilin əvvəlində peyda olacaqlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Mercedes-Maybach S 680 4Matic Edition 100 sedanı ilə eyni vaxtda, GLS 600 4Matic Edition 100 krossoveri də bazara çıxacaqdır. Yubiley krossoveri də xüsusi emblemlərə, genişləndirilmiş avadanlıq siyahısına, 557 at qüvvəsi və 730 Nm fırlanma anı hasil etdirən 4,0-litrlik V8 biturbomühərrikinə sahib olacaqdır.

Maybach Edition 100 seriyasından olan sedan və krossoverlərinin alıcılarına ikiqat M hərfi olan qoruyucu örtük və dəridən açar keysi də veriləcəkdir. Əlavə ödənişqarşılığında digər aksessuarlar əlçatandır: bu aksessuarlar Maybach the Peak kolleksiyasından olan qələmdən və Robbe & Berking şampanı üçün nəzərdə tutulmuş qədəhlərdən ibarətdir

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.