Mercedes-Benz şirkəti Maybach subbrendinin ilk ofroderi olan G650 Landaulet modelini tamamilə satmışdır. 99 nüsxəlik məhdud sayda tirajla buraxılan ofroderlərin hər biri öz sahibini tapmışdır.

Mercedes-Maybach G 650 Landaulet adını almış aofroder S-Class sedanından alınmış arxa oturacaqlarla təchiz edilmişdir. Mercedes-Maybach G 650 Landaulet modelinin arxa oturacaqları elektrik ötürməsi və “qaynar daşlar” effekti olan massaj funksiyası ilə təchiz edilmişdirlər. Arxa oturacaqların arasında klimatik qurğunun idarəetmə bloku, isitmə və soyutma funksiyası olan stəkanaltılar, həmçinin salonun ön və arxa hissələri arasında olan arakəsmənin və qatlanan tavanın idarə edilməsi düymələri yerləşdirilmişdir. Bundan başqa, arxa sərnişinlər üçün, multimedia sisteminin arakəsməyə quraşdırılmış xüsusi displeyləri də quraşdırılmışdır.

“Lando” kuzovlu ofroder Mercedes-Benz G 500 4x4² modelinin bazasında yaradılmışdır. Bu dəbdəbəli  ofroderin portal körpülər və bütün differensialların qapanması ilə təchiz edildiyidən xəbər verir. Mercedes-Maybach G 650 Landaulet ofroderinin klirensi 450 millimetrə bərabərdir. Avtomobilin təkər bazasının uzunluğu 3428 millimetrdir ki, bu da Mercedes-Benz G-Class modelinin standart variantında olduğundan 578 millimetr daha uzundur. 

İlk Maybach ofroderi Mercedes-AMG bölməsinin məhsulu olan V12 mühərriki ilə hərəkətə gəlir. 6,0-litrlik mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edir. Mercedes-Maybach G 650 Landaulet modelinin ilk kütləvi təqdimat mərasimi mart ayında keçirilmiş 87-ci Beynəlxalq Cenevrə avtosalonunda baş tutmuşdur. Mercedes-Maybach G 650 Landaulet ofroderinin istehsalı Magna Steyr şirkətinin Avstriyadakı müəssisəsində aparılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt