Mercedes-Benz şirkəti Avropada O-Class adını qeydə alıb. Ərizədən də göründüyü kimi, O 120, O 140, O 180 və Q 200 indekslərini avtomobil və ya mühərriklər üçün istifadə etmək planlaşdırılır.
AutiGuide saytı O hərfinin Daimler konserni tərəfindən şəhər avtobusları xəttinin nışanlanması üçün istifadə olunur. Məsələn, Mercedes-Benz Citaro şəhərlərarası avtobusunun daxili indeksi O530-dur. Lakin, yeni ərizədə indeksin başqa formada, minik avtomobillərində olduğu kimi ayrılıqda yazılışını nəzərdə tutur.
İlkin məlumata görə, O-Class adının kiçik sərnişin venləri xəttinə veriləcəyi də bildirilir. Qeyd etmək lazımdır ki, patentin qeydə alınması onun dərhal tətbiq ediləcəyi anlamına da gəlmir. Xatırladaq ki, bir müddət bundan öncə Mercedes-Benz ABŞ-da GLS 600, GLS 680 və S 680 nişanlarını qeydə alıb.